Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Prezident Fransa Milli Assambleyasının sədri ilə görüşüb - Fotolar

01:21  |    15 Mart 2017  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 14-də Parisdə Fransa Respublikası Milli Assambleyasının sədri Klod Bartolon ilə görüşü olub.

Qaziler.az azvizion.az-a istinadən bildirir ki, Milli Assambleyanın binasının önündə dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Milli Assambleyanın sədri Klod Bartolon qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib. Dövlətimizin başçısı və Milli Assambleyanın sədri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Prezident İlham Əliyev və Milli Assambleyanın sədri Klod Bartolon birgə foto çəkdiriblər.

Klod Bartolon Azərbaycan Prezidenti İlham Əliyevi Milli Assambleyada görməkdən şad olduğunu bildirib. O, bir neçə il əvvəl Milli Assambleyada xanım Mehriban Əliyeva ilə Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun sədri kimi görüşlərini xatırlatdı. Milli Assambleyanın sədri ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini, belə səfərlərin ikitərəfli əlaqələrə töhfə verdiyini bildirib. Azərbaycan ilə Fransa arasında enerji sahəsində yaxşı əməkdaşlığın olduğunu deyən Klod Bartolon fransız şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə çox yaxşı fəaliyyət göstərdiklərini vurğulayıb. Milli Assambleyanın sədri Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışdığını qeyd edib.

Prezident İlham Əliyev hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyətinin məmnunluq doğurduğunu, bunun ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini bildirib. Fransaya rəsmi səfəri çərçivəsində mühüm sənədlərin imzalanacağını deyən Prezident İlham Əliyev MEDEF-in üzvləri ilə keçirdiyi görüşün səmərəli olduğunu, müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, kənd təsərrüfatı, infrastruktur, kosmik sənaye sahələrində əməkdaşlıqla bağlı faydalı müzakirələrin aparıldığını xatırladıb. Fransız şirkətlərinin Azərbaycan ilə səmərəli əlaqələr qurduğunu deyən dövlətimizin başçısı Azərbaycanın da Fransa ilə bir çox sahələrdə yaxşı əməkdaşlıq etdiyini söyləyib. Dövlətimizin başçısı Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üçün səylə çalışdığını diqqətə çatdırıb.

Prezident İlham Əliyev Azərbaycan ilə Fransa arasında mədəni sahədə də çox güclü əməkdaşlığın olduğunu, Azərbaycanda Fransız Liseyinin və Universitetinin fəaliyyət göstərdiyini qeyd edib. Dövlətimizin başçısı Azərbaycanın 10-dan artıq regionunun Fransa regionları ilə qardaşlaşdığını vurğulayıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat verən Azərbaycan Prezidenti münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb. İyirmi beş ildir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin həlli ilə bağlı səylərinin nəticəsiz qaldığını deyən Prezident İlham Əliyev qurumun həmsədri kimi Fransanın münaqişənin həllində daha fəal olacağına əminliyini ifadə edib.

Dövlətimizin başçısı İlham Əliyev Fransa Milli Assambleyasının sədri Klod Bartolonu Azərbaycana səfərə dəvət edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının kralını təbrik etdi
21.09.2019
Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
20.09.2019
Qənirə Paşayeva Əhməd Ağaoğlu ilə bağlı konfransda çıxış edib - VİDEO
20.09.2019
Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub
19.09.2019
Dövlət Komitəsinin sədri almaniyalı diplomatlarla görüşüb