Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6479

Digər sorğular

Azərbaycanın Ukrayna iqtisadiyyatına qoyduğu sərmayə 200 milyon dolları ötüb

21:25  |    14 Mart 2017  |   E-mail  |  Çapa göndər

Ukrayna və Azərbaycan arasında mal və xidmətlərlə birgə ticarətin həcmi 2016-cı ildə 320,31 milyon ABŞ dolları təşkil edib.

Bu barədə "Report"un Ukrayna bürosuna bu ölkənin Nazirlər Kabineti Katibliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən bildiriblər.

Bu müddət ərzində Ukrayna üçün saldo sabit müsbət olaraq qalıb və 231,59 milyon dollar təşkil edib. Ukraynadan Azərbaycana ixracın payı ümumi dövriyyənin 86%-nə bərabər olub. Ukraynadan Azərbaycana mal və xidmətlərin ixracı dəyər formasında 275,95 milyon dollar təşkil edib. Azərbaycandan mal və xidmətlərin idxalı isə 44,36 milyon dollar dəyərində olub və bu, 2015-ci ilin analoji göstəricisindən 9,7% çoxdur.

Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanın Ukrayna iqtisadiyyatına birbaşa sərmayə qoyuluşu 201,9 milyon dollar təşkil edib. Sərmayə qoyuluşunun əsas hissəsi topdan və pərakəndə ticarətə, eləcə də avtonəqliyyat vasitələrinin təmirinə yönəlib - 85,0%. Tikini sahəsinin payı 5,8%, sənayenin payı isə 5,5% təşkil edib.

Ukraynanın Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu isə 2,8 milyon dollara çatıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycanda yeni hərbi təyinatlı dron sınaqdan keçirilib
21.09.2019
Rafael Cəbrayılovun milyonluq villası üzə çıxdı - Foto
21.09.2019
Bazar gününün hava proqnozu açıqlanıb
21.09.2019
Elçin Şıxlı İTV-də işə başladı
21.09.2019
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub