Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6895

Digər sorğular

Dünyanın “8-ci möcüzə“si Azərbaycan efirində - Video

03:31  |    14 Mart 2017  |   E-mail  |  Çapa göndər


ARB TV-nin “Pəncərə” verilişində “Barselona”nın ötən həftəki qələbəsi haqda sujet yayımlanıb.

“Barselona” səfərdə 0:4 hesablı məğlubiyyətin intiqamını PSJ-dən doğma divarlar arasında artıqlamasıyla çıxdı.

İtirməyə kiminsə, yaxud nəyinsə varsa, məntiqli davranacaqsan. Düşünəcəksən. Mümkün olan bütün variantları yoxlayacaqsan. Amma itirməyə heç kimin, yaxud heç nəyin yoxdursa, bax onda təhlükəlisən, qarşısı alınmazsan və mümkün olan-olmayan bütün yollardan keçəcəksən.

Gözlənilməz olan hər şey həm də unudulmaz olur. Və o qələbə tarixdə yaşayır ki, o gözlənilmədən qazanılır. O gecə meydanda baş verənlər nə faciədir, nə də bayram. Bu, sadəcə, real həyat hekayəsi idi. Yaxud sənədli film də demək olar. Bu filmin aktyorları isə iki cəbhəyə bölünmüşdülər. 1-ci cəbhədə “olum, ya ölüm” şüarı altında sonuncu döyüşünə çıxan qəzəbli katalonlar, digər cəbhədə isə artıq bir dəfə özünü sübut etmiş romantik parisli oğlanlar yer almışdı. Oyun başlar-başlamaz tarixi matçın ilk qol zəngi çalındı. Bu yaxın 87 dəqiqə ərzində fransızları nələrin gözlədiyini xəbər verən ilk ismarıc idi. 40-cı dəqiqədə gələn 2-ci qol yenicə közərən alova benzin tökdü. Yəni doğrudanmı möcüzə baş verə bilər? Milli komandamızın “niyə də yox” şüarını praktik olaraq nümayiş etdirən ev sahibi 50-ci dəqiqədə qonağı gəlişinə peşman etdi. Hər ötən dəqiqə fransızları növbəti tura, katalonları isə peşman nəticəyə doğru aparırdı. Fransızların planları alt-üst olmaqda idi.

88 və 90-cı dəqiqələrdə vurulan qollar isə bizə öz tariximizi xatırlatdı. 88 və 90-larda ölkəmizdə yaşanan meydan hərəkatı, xalq birliyi və bu gün eyni rəqəmlər bu dəfə il deyil, dəqiqə şəklində yeni meydan hərəkatını yaratmaqda idilər. Futbol meydanında yaşanan bu hərəkat hərəkətsiz şəkildə dondurmuşdu milyonlarla izləyicini. İnanılmazdı. Axı bütün bunlar necə baş verir. Ümumiyyətlə, nə baş verir? Vurulan qolların şokunu çiyinlərində daşıyan və Katalon əzmkarlığı qarşısında diz çökən parisenjermenli futbolçular oyuna artırılmış 5 dəqiqənin sonunda aldıqları zərbə ilə kürəklərini yerə qoydular. Bu, dünya futbolunun görmədiyi və bundan sonra da görməyəcəyi bir tarixdir. Bu. gələcək nəslə göstərilə biləcək ən dramatik futbol tamaşasıdır. Bu tamaşada heç kim hansısa rolu ifa etmirdi. Burda hər kəs özü idi. Burda hər şey real baş verirdi.

Katalon toreadorları Paris inqilabçılarına 21-ci əsrdə əsl inqilabın necə olduğunu canlı olaraq göstərdilər. Bu futbol aləmində geri dönüşü olmayan unudulmaz bir geridönüş oldu. Futbol matçı ütülü köynək, yaxud cərrahiyyə masası deyil ki, qırışsız və səhvsiz mənzərə gözləyəsən. Bura mübarizə meydanıdır və bu meydan bütün səhvləri, kobudluqları, çılğınlıqları ilə bütövdür, gözəldir, qəbulediləndir və böyükdür.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Operativ Qərargah idman zallarının açılmamasına aydınlıq gətirib
29.05.2020
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi, amma...
27.05.2020
Ukrayna çempionu intihar etdi
26.05.2020
Həbib Nurməhəmmədov koronavirus testindən imtina etdi
22.05.2020
Kamil Zeynallı azadlığa çıxdı