Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6437

Digər sorğular

Hicablı idmançılar Bakıda hansı şərtlərlə qalacaq?

19:33  |    09 Mart 2017  |   E-mail  |  Çapa göndər

Bakıda keçiriləcək 4-cü İslam Həmrəylik Oyunlarının başlamasına artıq 66 gün qalır.

Mayın 12-də start götürəcək oyunlarda 57 ölkədən 20 idman növü üzrə 6 min idmançı mübarizə aparacaq. İslam Həmrəylik Oyunlarında ən çox maraq doğuran isə qadın idmançıların çıxışıdır. Görəsən, onlar hansı növlərdə və hansı tərzdə yarışlara qatılacaqlar?

“Qafqazinfo” bunu araşdırıb.

Əvvəlcə qadınların neçə idman növü üzrə yarışacaqlarından başlayacaq. İslamiadada qadınlar bütün idman növlərində iştirak etməyəcəklər. Onlar 20 idman növündən yalnız 14-nə qatılacaqlar.

Təbii ki, bu yarışda kişilərdən çox qarşı cinsin iştirakı müzakirə mövzusudur. Qadınların hicab məsələləri ilə bağlı qaydalar isə hələ də dəyişməyib.



Bundan əvvəlki oyunlara nəzər yetirəndə məlum olur ki, idmançılar öz ölkələrinin daxili qaydalarına əsasən yarışlara qatılıblar. Bu dəfə də belə olacağı ehtimal edilir. Qaydaların dəyişmədiyini nəzərə alaraq, demək olar ki, yarışlara həm başı açıq, həm də hicablı qadınlar gələcək. Məsələ haqda dəqiq informasiya əldə etmək üçün mətbuat xidmətinə müraciət etsək də, konkret cavab ala bilmədik. Onlar qeyd ediblər ki, son qərarı idman şöbələri verəcək.



Bunu öyrənmək mümkün olub ki, qadınlar İslam Həmrəylik Oyunlarında 20 idman növünün 16-da mübarizə aparacaqlar:

Atletika;

Suya tullanma;

Üzgüçülük;

Basketbol;

İdman Gimnastikası;

Bədii Gimnastika;

Həndbol;

Stolüstü tennis;

Cüdo;

Voleybol;

Karate;

Taekvando;

Ağır Atletika.
Hazırda 4 qitənin 55 ölkəsindən təsdiq gəlib ki, onlar Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına idmançılarını göndərəcəklər. Təmsil olunan hər bir ölkənin MOK-u iştirak edəcək idmançıların son siyahısının tərtib edilməsi üzərində işləyir. Bu proses davam edir, ona görə də hansı ölkənin qadın idmançılarının iştirak etməyəcəyi barədə məlumat dəqiq deyil.

Qadın və kişi idmançılar komandalar üzrə eyni binalarda qalacaqlar. Əməliyyat Komitəsi hər bir Milli Olimpiya Komitəsinə (MOK) Atletlər Kəndindəki evlərin bölüşdürülməsini həvalə edir. Belə ki, oyunlar zamanı evə olan tələbatın maksimum səviyyəsi nəzərə alınacaq. Mümkün olan qədər komandalar birləşmiş binalarda yerləşdiriləcək. Otaqların idmançılar və rəsmilər arasında paylaşdırılması hər bir Milli Olimpiya Komitəsinin öhdəsinə düşür.

Yemək məsələsinə gəlincə, idmançılar üçün bütün yeməkxanalar Atletlər kəndində olacaq. Qadın və kişilər üçün yemək yerləri eyni binada olacaq. Amma qurumun mətbuat xidmətindən qidaların tərkibi haqda öyrənmək də mümkün olmayıb. Yeməklərin müsəlman qaydalarına əsasən bişiriləcəyi, ölkələrin bununla bağlı hər hansı tələbinin olub-olmadığı haqda informasiya açıqlanmır. Atletlər Kəndindəki yeməkxanalar oyunlar zamanı 24 saat ərzində idmançı və rəsmilərə açıq olacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.08.2019
Mir Şahinin vaxtı: Gəncə işi ilə bağlı şok dəlillər - VİDEO
19.08.2019
Vilayət Eyvazov daha bir rayona polis rəisi təyin etdi
19.08.2019
Vergilər Nazirliyi və Prokurorluq "Lerik Relax"da yoxlamalara başlayıb
19.08.2019
İqbal Məmmədov "Relax”dakı davadan danışdı
19.08.2019
Sabahın HAVA PROQNOZU - 37 dərəcə isti