Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6352

Digər sorğular

Novruz bayramını xaricdə keçirmək neçəyə başa gəlir? - REPORTAJ

18:28  |    09 Mart 2017  |   E-mail  |  Çapa göndər

Novruz bayramına demək olar ki, bir aydan az vaxt qalıb. Bayram tətilini isə hərə bir cür dəyərləndirir. Bir çoxları rayonlara üz tutsalar da, bəziləri xarici ölkələrə səfər edirlər.


Bəs görəsən, hazırda turizmlə bağlı vəziyyət hansı səviyyədədir?

Turizm şirkətinin şöbə rəhbəri Urfanə Mahmudova deyir ki, dolların məzənnəsinin stabilləşməsi turizm bazarında bir neçə vaxtdır davam edən süstlüyü aradan qaldırıb. Hazırda xaricə getmək istəyənlərin sayı artıb. Onun sözlərinə görə, qiymətdən asılı olaraq müxtəlif istiqamətlər seçilir. Bayramla bağlı Azərbaycandan gediş daha çox Avropayadır. Bu siyahıya Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Gürcüstan da daxildir. Burada məqsəd təkcə Novruz bayramını qeyd etmək deyil, həm də istirahət günlərindən səmərəli istifadə etməkdir:

"Macarıstan üzərindən yaxın ölkələrə qrup, yaxud individual formada turlardır, Fransadır, İspaniyadır. İstirahət turları üstünlük təşkil edir, əsasən Dubay, Tailanda. Avropa ilə yanaşı, Amerika, Avstraliya, digər materiklərə də olan turlar da var, bunların sayı isə çox azdır. Qiymət fərqi yarandığına görə o qədər də aktual deyil. Bundan başqa, Gürcüstan üzərindən Misir turları da aktualdır".

Urfanə Mahmudova deyir ki, tarixə uyğun olaraq qiymətlər fərqlənir. Bayram yaxınlaşdıqca biletlər məhdudlaşır. Bu isə qiymətlərə öz təsirini göstərir. Əvvəlcədən bron edənlər üçün isə endirimlər tətbiq edilir:

"Erkən rezervasiya iki adam gedərsə, təqribən 400-450 manat arası dəyişir. Dubay istiqaməti bir az daha bahadır - haradasa adambaşı 600-700 manat. Ucuz istiqamətlərdən biri də Macarıstandır. Burada da qiymətlər adambaşı 700-800 manat cuvarında dəyişir. Bu ümumi paket qiymətidir".

Vətəndaşlar daha çox aşağı qiymətlərə təklif olunan turpaketlərə üstünlük versələr də, maksimum qiymətlərə müraciət edənlər də var. Məsələn, İndoneziyaya getmək üçün 15 min manatdan artıq təklif olunan tur paketlərin bir çoxu satılıb. Bundan başqa, Dubayın bahalı hotellərinə üstünlük verənlərin də sayı az deyil. Yüzdən artıq yerli turist burada otelləri bronlaşdırıb:

"Ucuz hotellər seçilən istiqamətlər adətən şəhər turlarıdır. Dəniz kənarına istirahət etməyə gedənlər isə daha çox bahalı hotelləri seçirlər".

Digər turizm şirkətinin icraçı direktoru Vüqar Babayev isə bildirib ki, bayram ərəfəsində ölkəmizdən gedənlərlə yanaşı, gələnlərin də sayı az deyil. Daha çox Cənubi Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərindən səfər edənlərin sayı çoxluq təşkil edir:

"Biz baxırıq sistemlə, Birləşmiş Ərəb Əmirliklərindən Bakıya gələn reyslərin heç birində boş yer yoxdur. Bayram günlərində yerlər məhduddur. Hotellər bizim verdiyimiz sorğulara əsasən deyə bilərik ki, doludur".

Hazırda Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə və İstanbula getmək istəyənlərin sayı daha çoxdur. Yanvar ayında turpaket əldə edənlərə qiymətlərdə 20 faizə yaxın endirim edilib:

"Hazırda o güzəştlər yoxdur artıq, çünki ucuz biletlər artıq satılıb. Standart qiymətlər Dubaya götürsək, minimum haradasa 350-400 dollardan başlayır. Bu aylarda əhalinin 70 faizi 3-4 ulduzlu hotelləri götürür. Ortalama 1200 manat cuvarında olan turları seçirlər. Bu tura bilet, viza, 4 gecə-5 gün qalmaq, səhər və axşam yeməyi daxildir. İstanbulda aşağıdır qiymətlər. Dubayda elə hotellər var ki, qiyməti günlük 700-800 dollardan başlayır. Elə hotellər var ki, 1500-2000 dollar civarındadır.

Daxili turlara gəldikdə, bayram ərəfəsində şimal-qərb bölgəsinə bir nəfər üçün qiymət 100-150 manat arasında dəyişir. Eyni qiymətlər şimal bölgəsi üçün də keçərlidir. Qəbələdə 170-210, cənub bölgəsində isə 110-170 manat arasında dəyişir. Bütün bu qiymətlər bir gecə üçün nəzərdə tutulub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.06.2019
Pənah Hüseyn sosial şəbəkədən Surət Hüseynova od püskürdü: “... Qələr eləyir, başını...”
16.06.2019
Sabahın hava PROQNOZU
16.06.2019
Yüz illərin açılmayan kələfi... - Cümhuriyyət səfirinin FACİƏSİ
16.06.2019
Tovuz rayon icra başçısının müavini ictimaiyyəti aldadır - Niftalı Qasımovu yalan danışmağa kim və nə vadar edir?
16.06.2019
IX sinif şagirdləri üçün buraxılış imtahanının II mərhələsi keçirilir