Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6352

Digər sorğular

Bakı-Sumqayıt şosesində baş verən qəza ilə bağlı yük maşınının sürücüsü ifadə verib

18:03  |    09 Mart 2017  |   E-mail  |  Çapa göndər

Bakı-Sumqayıt şosesində baş verən qəzanın bəzi təfərrüatı məlum olub.

"Report"un xəbərinə görə, baş verən yol-nəqliyyat hadisəsi zamanı saxlanılan 52-BE-874 dövlət qeydiyyat nişanlı "ZİL" markalı yük avtomobilinin sürücüsü Sumqayıt şəhər sakini 1992-ci il təvəllüdlü Şəmistanlı Elvin Eldar oğlu DİN-in Baş İstintaq və
Təhqiqat İdarəsində izahat verib. O bildirib ki, ötən axşam saat 22:00 radələrində Sumqayıt istiqamətində körpünün üzərində idarə etdiyi yük avtomobilinin təkərlərində problem yaranıb. Nəticədə sürücü yük avtomobilini körpünün sonunda saxlayıb.


"Mən maşını saxladığım yerdən bir neçə metr aralıda xəbardarlıq nişanı və 30 metr aralıda 3 ədəd mişar daşı qoymuşdum.

Gecə saatlarında isə yol polisi əməkdaşları yük avtomobilinin hərəkətsiz vəziyyətdə dayandığı yeri xəbərdaredici lentlərlə bağlayıb. Səhər saatlarında usta ilə birgə geri dönərkən gördüm ki, "Ford" mişar daşlarının üstünə çıxıb və mənim yük avtomobilimin arxa hissəsinə çırpılıb".

Faktla bağlı cinayət işi başlanılıb, E.Şəmistanlı və "Ford" markalı mikroavrobusun sürücüsü Namiq Hüseynov saxlanılıb.

Qeyd edək ki, hadisə nəticəsində 5 nəfər ölüb, 20-dən çox sərnişin xəsarət alıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.06.2019
Azərbaycan Ordusu bütün əsas istiqamətlərdə inkişaf edir - Müdafiə naziri
17.06.2019
Ər-arvad və qayın saxlanıldı - Astarada şok cinayət
17.06.2019
Sabahın HAVA PROQNOZU
16.06.2019
Pənah Hüseyn sosial şəbəkədən Surət Hüseynova od püskürdü: “... Qələr eləyir, başını...”
16.06.2019
Sabahın hava PROQNOZU