Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6437

Digər sorğular

16 nəfərlik maşına 28 nəfər necə yerləşib? -Ekspertdən şok açıqlama

17:33  |    09 Mart 2017  |   E-mail  |  Çapa göndər

Bu gün Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzanın səbəbləri, bu hadisədə kimlərin günahkar olması müzakirə mövzusuna çevrilib.

Əsas müzakirə olunan məqam isə maksimum 16 nəfər üçün nəzərdə tutulmuş "Ford Transit” markalı mikroavtobusda 28 sərnişinin olmasıdır. Səhiyyə Nazirliyinin açıqlamasına görə, hadisə zamanı avtobusda ümumilikdə 28 nəfər olub. Hər kəs "necə olur ki, 16 nəfərlik avtobusdan 5 ölü, 20 yaralı çıxır” deyə suallar səsləndirir.

BakiPost.az-ın əməkdaşı məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovla əlaqə saxlayıb.

O, Bakı-Sumqayıt yolunda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri ilə bağlı şok detallar açıqlayıb. Ekspertin sözlərinə görə, Bakıdan Sumqayıta və əks istiqamətdə sərnişin aparan nəqliyyat vasitələrinin əksəriyyəti yük maşınlarıdır: "Həmin avtomobillərin əksəriyyəti yük avtomobilləridir. Bundan əlavə, sürücülər həmin maşınlarda özbaşına konstruksiya dəyişikliyi ediblər. Hətta elələri var ki, həyasızcasına həmin yük avtomobilinin qeydiyyat şəhadətnaməsini cibində gəzdirir. O şəhadətnamədə yük avtomobili yazılıb, amma sərnişin daşıyırlar. Hətta sərnişin daşıma üçün nəzərdə tutulan avtomobillərin də əksəriyyətində konstruksiya dəyişikliyi edilir. O maşını zavod 13, 15 nəfərlik buraxır. Amma düzürlər oturacaqları və 18, 20 və daha artıq adam aparırlar. Konstruksiyaları da dəyişildiyi üçün həmin maşınlar qəzaya düşəndə ölü və yaralı sayı bir az da artır. Mikroavtobusda istehsalçının müəyyən etdiyi sayda oturacaqlar olmalıdır. Oturacaqlar təhlükəsizlik kəməri ilə təchiz edilmiş olmalıdır. Belə olan halda qəzanın nəticələri minimuma enir. Amma yoxdur bu. Olmadığı üçün də belə faciələr yaranır...”

Ərşad Hüseynovun sözlərinə görə, bu özbaşınalıq illərdir davam edir: "Bu , faciədir, özbaşınalıqdır. Bu, illərdir davam edən vəhşilikdir. Buna göz yumulur. Hətta nəinki göz yumulmur, əksinə buna şərait də yaradılır. Bakı-Sumqayıt arasında bu daşımalar uzun müddətdir davam edir. 20 Yanvar metrostansiyasının ətrafında Bakı-Sumqayıt yolunun sürücüləri nə hoqqalardan çıxır, hamı bunu gözəl bilir.

Nəqliyyat Nazirliyi vaxtilə buna nəzarət etməli idi. Çünki bu tipli daşımalara görə məsul olan qurum Nəqliyyat Nazirliyidir. Daha sonra buna polis nəzarət etməlidir. Təkcə DYP yox, polisin bütün xidmətləri.

20 Yanvar ətrafına Bakı-Sumqayıt yolunda "meymunluq” edənlər hətta özlərinə qanunsuz avtovağzal da yaradıblar. Oradan da işləyirlər. Şəxsən mən bunun dəfələrlə şahidi olmuşam. Yığışdırılması üçün müraciət etmişəm. Mətbuatda işıqlandırmışam. Onlarda nəinki sürücülük, heç insanlıq əlamətləri yoxdur. Kamikadze kimi aparırlar özlərini. Nəticəsi də göz qabağındadır”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.08.2019
Mir Şahinin Gəncə işi ilə bağlı şok dəlilləri - VİDEO
19.08.2019
Vilayət Eyvazov daha bir rayona polis rəisi təyin etdi
19.08.2019
Vergilər Nazirliyi və Prokurorluq "Lerik Relax"da yoxlamalara başlayıb
19.08.2019
İqbal Məmmədov "Relax”dakı davadan danışdı
19.08.2019
Sabahın HAVA PROQNOZU - 37 dərəcə isti