Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6437

Digər sorğular

BAMF ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə yeni layihələrin icrasına başlayıb

15:25  |    07 Mart 2017  |   E-mail  |  Çapa göndər

Beynəlxalq Avrasiya Mətbuat Fondu Bərdə, Tərtər, Ağdam, Füzuli rayonlarında həyata keçiriləcək “Regionlarda Məcburi Köçkün Gənclərinin Vətəndaş Cəmiyyəti Quruculuğunda İştirakının dəstəklənməsi” və “Qadınlar, İcma və Sosial Ədalət: Məcburi Köçkün İcmalarında Gender əsaslı zorakılığın müzakirəsi” layihələrinə start verib. Layihələr Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Bu barədə QAZİLER.AZ-a BAMF –ın mətbuat xidmətindən məlumat verilib.

“Regionlarda Məcburi Köçkün Gənclərinin Vətəndaş Cəmiyyəti Quruculuğunda İştirakının dəstəklənməsi” layihəsi çərçivəsində Bərdə, Tərtər və Ağdam rayonlarından seçilmiş məcburi köçkün gənclərə yeni media bacarıqları, neyro-linqvistik proqramlaşdırma, fərdi inkişaf, icmalar üçün maliyyə axtarışı, layihələrin idarə olunması kimi mövzularda təlimlər keçiriləcək.



“Qadınlar, İcma və Sosial Ədalət: Məcburi Köçkün İcmalarında Gender əsaslı zorakılığın müzakirəsi” layihəsi çərçivəsində Tərtər, Füzuli, Ağdam rayonlarındakı məcburi köçkün qadınlara və kişilərə və icra hakimiyyəti orqanlarının əməkdaşlarına kompyuter təlimi də daxil olmaqla, qadın hüquqları ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq hüquqi aktlar, məişət zorakılığı, erkən evliliyin fəsadları və s. bu kimi mövzularda təlimlər keçiriləcək. Bundan başqa layihə çərçivəsində hədəf rayonların qadın qrupları ilə icra hakimiyyəti strukturlarının birgə şəhər görüşləri təşkil olunacaq. Layihə çərçivəsində məcburi köçkün icmalarında gender zorakılığı ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması məqsədilə Qadın Resurs Mərkəzi və Qadın Dəstək Qruplarının yaradılması nəzərdə tutulub. Layihələrin üç ay ərzində həyata keçirilməsi nəzərdə tutulub.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.08.2019
Mir Şahinin vaxtı: Gəncə işi ilə bağlı şok dəlillər - VİDEO
19.08.2019
Vilayət Eyvazov daha bir rayona polis rəisi təyin etdi
19.08.2019
Vergilər Nazirliyi və Prokurorluq "Lerik Relax"da yoxlamalara başlayıb
19.08.2019
İqbal Məmmədov "Relax”dakı davadan danışdı
19.08.2019
Sabahın HAVA PROQNOZU - 37 dərəcə isti