Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6474

Digər sorğular

Zahid Oruc Ombudsmanın hesabatını kəskin tənqid etdi

18:35  |    07 Mart 2017  |   E-mail  |  Çapa göndər

Milli Məclisdə İnsan Haqları üzrə Müvəkkilin (Ombudsman) illik hesabatı dinlənilib.


“Qafqazinfo” xəbər verir ki, millət vəkili Zahid Oruc Elmira Süleymanovanın parlamentə təqdim etdiyi hesabata sərt reaksiya verib. O bildirib ki, insan haqları üzrə müvəkkilin səlahiyyət çərçivəsi hamımıza məlumdur: “İlk dəfədir ki, belə şablon, dekorativ bir sənədin bizə təqdim olunduğunun şahidi oldum. Biz problemləri deməsək, bu kursa səmimi xidmət etmiş olmarıq. Prezident Administrasiyasının şöbə müdiri hər il administrasiyaya daxil olmuş məktubları təhlil edir. O məktublarda ünvanlar göstərilib. O qədər konyukturaçı olmaq olmaz ki, bu cür tərif dolu sənəd ortalığa gətirək.

Bu yaxınlarda DTX rəhbəri Mədət Quliyev açıqladı ki, Azərbaycandan 900 nəfər Suriya, İraqda döyüşə gedib. Biz 2014 – cü ildə qərar verdik ki, onları vətəndaşlıqdan məhrum edək. Biz isə 900 nəfəri itirmişik. 84 nəfərə cinayət işi qaldırılıb. Səbəb nədir ki, bu insanlar gedib orada vuruşurlar?

Bu sənəddə kredit borclarına görə evini itirən, məhkəmələrə düşən insanların davasını görmədim. Devalvasiya qərarı on minlərlə insanı məhkəmədə qoyub. İndi biz bunu deməyək?

Narkotik tranziti hamıya məlumdur, hardan gəldiyini bilirik. Polis orqanları bunun qarşısını almasaydı, ağ ölüm bu milləti basıb yemişdi. Narkotik cəmiyyət üçün erməni təhlükəsinə bərabərdir. Adamlar ailə üzvlərini hardasa girov qoyub gedib ölkəyə narkotik gətirirlər”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
Bakının xilas gününü işğal kimi qələmə verənlər
17.09.2019
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
17.09.2019
Vilayət Eyvazov tapşırıq verdi: "Onlar həbs olunacaq"
17.09.2019
Bakı Mətbuat Klubunun saytı açıldı, özü də açılacaq - TƏQDİMAT
17.09.2019
Hava yağmursuz olacaq