Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6443

Digər sorğular

9-cu siniflər üçün buraxılış imtahanlarından şagirdlər və valideynlər narazı qalıblar - VİDEO

01:19  |    07 Mart 2017  |   E-mail  |  Çapa göndər


Ötən gün Bakıda, Sumqayıtda və Abşeronda minlərlə 9-cu sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının birinci mərhələsindən həm şagirdlər, həm də valideynlər narazı qalıblar.

Qaziler.az Xezerxeber.az-a istinadən məlumat verir ki, buna əsas səbəb isə yeni üsulla verilən imtahanın şagirdlərə 9 il ərzində keçilən kurikuluma uyğun olmamasıdır. Belə ki, indiyədək bütün hazırlıq vəsaitlərində qapalı testlərə, yəni bir sual 4 cavab seçiminə əsaslanan təcrübəyə öyrəşən şagirdlərə, birdən-birə seçim bəndi olmayan açıq sualların verilməsi ciddi narazılıq yaradıb.
Narazılığa əsas səbəb şagirdlərin açıq tipli suallarda heç bir təcrübəyə sahib olmadığı halda sualların 75 faizinin bu cür suallardan ibarət olması olub.
Valideynlər bildirir ki, imtahanların yeni üsulla keçirilməsi ilə bağlı şagirdlərə müfəssəl məlumat verimləyib və imtahanda əldə edilən arzuolunmaz nəticələr övladlarının sonrakı mərhələdə uğur qazanmasına ciddi əngəl törədə bilər.
Bu imtahan həm də kuriklum üsulu ilə təhsil alan şagirdlərin ilk sınağıdır. Valideynlər deyir ki imtahanın açıq testlə keçirilməsi heç kuriklum üsulunun effektivliyini də yoxlamağa imkan vermir.
Valideyn və şagirdlərin digər şikayəti isə səhər saat 9-dan onların imtahan üçün çağırılması və imtahanın isə saat 11-də keçirilməsidir. Bu isə şagirdlərdə əlavə stress yaradıb.
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə bildirir ki, imtahanların yeni formatda keçirilməsi ilə bağlı şagirdlərə və ictimaiyyətə hələ dekabr ayından məlumat verilib.
Xanlar Xanlarzadə bunu da bildirir ki, hətta imtahanlarda yeni üsulun tətbiqi və onun nədən ibarət olması ilə bağlı böyük həcmdə seminarlar keçirilib və bütün təhsil verən məktəblərin rəhbərliyi bu barədə məlumatlandırılıb.
İmtahanın şagirdlər 2 saat gözlədikdən sonra keçirilməsinə gəldikdə isə, Xanlar Xanlarzadə bildirdi ki, buna səbəb imtahana gecikmə hallarının qarşısını almaq olub.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.08.2019
İstirahət günlərinə olan HAVA PROQNOZU
24.08.2019
Nazir Arif Alışanovun qardaşını işdən çıxardı
24.08.2019
“Azəriqaz” qeyri-iş günlərində də xidmət göstərəcək
23.08.2019
Deputat Ağalar Vəliyevin müəmmalı sərvəti sərhədlərimizi aşıb: Fabrik, otel, zavod...
23.08.2019
Gəncə hadisələrinə görə tutulanlardan biri azadlığa buraxılıb