Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6895

Digər sorğular

Ruslan Lunyov: “İslamiadada qızıl medal qazanacağıma inanıram“

20:24  |    06 Mart 2017  |   E-mail  |  Çapa göndər

Bu gün Gənclər və İdman Nazirliyində Hindistanın paytaxtı Dehlidə güllə atıcılığı üzrə Dünya Kubokunda bürünc medal qazanmış Ruslan Lunyovla görüş keçirib.

"Report"un məlumatına görə, tədbirdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, idmançının anası və şəxsi məşqçisi, 2004-cü il Afina Yay Olimpiya Oyunlarının bürünc medalçısı, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti İradə Aşumova iştirak edib.

F.Mansurov bildirib ki, Azərbaycan idmançısının bürünc medal qazanması çox yaxşı nəticədir. O, R.Lunyovu bu nailiyyəti münasibətilə təbrik edərək, fikirlərini bölüşüb: “Təbrik edirəm. Bu, möhtəşəm nəticədir. Atıcılıq ölkəmizdə ənənəsi olan idman növüdür. Zemfira Meftahəddinova və İradə Aşumova kimi olimpiya çempionu, mükafatçılarımız var. Ancaq uzun müddət bu növ üzrə qazanılan medallar sarıdan müəyyən interval yaranmışdı. Hamı yaxşı nəticə gözləyirdi. Nəhayət, Hindistanda keçirilmiş Dünya Kubokunda Ruslan Lunyov bürünc medal qazandı. İnanırıq ki, uğurların davamı gələcək”.

R.Lunyov Dünya Kubokunda bürünc medal qazanmağı özü üçün sürpriz nəticə kimi dəyərləndirib. O, IV İslam Həmrəyliyi Oyunlarında daha yaxşı nəticə əldə edəcəyinə inam ifadə edib: “Əsas rəqiblərim Çin idmançıları idi. İlk iki pilləni onlar tutdular. Finala vəsiqə qazandım. Bürünc medal əldə etməyim mənim üçün sürpriz oldu. Lakin bunun üçün səy göstərir. intensiv məşq edirdim. Qarşıda İslam Həmrəyliyi Oyunları var. Bu, əsas yarışdır. Həmçinin, dünya və Avropa çempionatları olacaq. İslamiadada bir neçə növdə yarışacağam. İnanıram ki, qızıl medal qazanacağam”.
Qeyd edək ki, Ruslan Lunyov Dünya Kubokunda 25 metr məsafəyə atəşaçma yarışında bürünc medal qazanıb. O, təsnifat mərhələsində 579, finalda isə 23 xal toplayaraq bu uğura nail olub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Operativ Qərargah idman zallarının açılmamasına aydınlıq gətirib
29.05.2020
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi, amma...
27.05.2020
Ukrayna çempionu intihar etdi
26.05.2020
Həbib Nurməhəmmədov koronavirus testindən imtina etdi
22.05.2020
Kamil Zeynallı azadlığa çıxdı