Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6352

Digər sorğular

Azərbaycan dilli vikipediya bir pillə irəlilədi

19:44  |    06 Mart 2017  |   E-mail  |  Çapa göndər

Vikipediya virtual ensiklopediyasının Azərbaycan dilində olan bölməsində hal-hazırda 115.214 məqalə var. 2014-cü il mart ayının 25-də Azərbaycan dilində Vikipediyada məqalələrin sayı "100000”-i keçmiş və beləliklə bu layihə Vikipediyanın "10 000+” bölməsindən "100 000+” bölməsinə adlamışdır.

Son illərdə bu virtual ensiklopediyada ana dilimizdə olan məqalələrin yaradılmasında böyük fəallıq müşahidə olunur. Bu aktivliyin yaranmasında azərbaycanlı idarəçilərin, eyni zamanda Vikipediyanın könüllü istifadəçilərinin fəaliyyətinin mühüm rolu vardır. Məhz bunun nəticəsidir ki, hal-hazırda vikipediya məqalələrinin yaradılması ilə bağlı reytinq cədvəlində Vikipediyanın Azərbaycan dilində olan bölməsi 2017-ci il mart ayının 1-də 56-cı pilləyə çatmışdır. Qeyd edək ki, hal-hazırda vikipediya virtual ensiklopediyası 295 dildə fəaliyyət göstərir. Bu göstəriciyə görə, Azərbaycanca vikipediya, taylandca vikipediyanı bir pillə üstələyib. AMEA Mərkəzi Elmi Kitabxanasının Sərbəst Elektron Resuslarla iş şöbəsinin əməkdaşları da Vikipediya elektron ensiklopediyasının Azərbaycanda kütləviləşdirilməsi istiqamətində işlərinə davam etməkdədir. Mərkəzdə Vikipediya ilə bağlı öyrədici seminarlar, görüşlər və tədbirlər müntəzəm formada təşkil edilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.06.2019
Zakir Həsənov: "Şəhid mayor mənim əmrimi icra edib, ərazidə döyüş hazırlığı ilə məşğul olub"
18.06.2019
Azərbaycan Ordusu bütün əsas istiqamətlərdə inkişaf edir - Müdafiə naziri
17.06.2019
Ər-arvad və qayın saxlanıldı - Astarada şok cinayət
17.06.2019
Sabahın HAVA PROQNOZU
16.06.2019
Pənah Hüseyn sosial şəbəkədən Surət Hüseynova od püskürdü: “... Qələr eləyir, başını...”