Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

BAMF və UNICEF-in birgə hazırladığı video çarx təqdim olundu -VİDEO

15:07  |    03 Mart 2017  |   E-mail  |  Çapa göndər

BMT Uşaq Fondu (UNICEF) və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə hazırladığı video çarx təqdim olunub. Video çarx UNICEF-in dəstəyi ilə BAMF tərəfindən həyata keçirilən Azərbaycan Gənclərinə Dəstək Proqramı çərçivəsində hazırlanıb.

Video çarxda cəbhə xəttində yaşayan uşaqların və gənclərin keçirdiyi hisslər, baş verənlərin onlara psixoloji təsirindən söhbət gedir. Video artıq BMT Uşaq Fondu (UNICEF) tərəfindən internet vasitəsilə fondun beynəlxalq şəbəkəsi arasında da paylaşılıb. Məlumat üçün deyək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu 2011-ci ildən etibarən UNICEF-in dəstəyi ilə Azərbaycan Gənclərinə Dəstək Proqramını həyata keçirir. Proqramın əsas məqsədi yeniyetmə və gənclər arasında özünə inam hissinin aşılanması və onların həmyaşıdları arasında gənc liderlər kimi formalaşmasıdır.



Proqram sayca 3-cü mərhələsi çərçivəsində Tərtər, Bərdə və Goranboy rayonlarında 12 -19 yaş arası yeniyetmə və gənclərdən ibarət Məşvərət Şuraları Formalaşdırılıb. Proqramın məhz bu rayonları əhatə etməsi təsadüfi deyil. 2016-cı ilin aprel ayında cəbhə xəttində baş verən hadisələr hər kəsi olduğu kimi, yeniyetmə və gənclərə də psixoloji təsir etdi. Video hekayənin qəhrəmanları olan Rövşən və Nigar Tərtər Yeniyetmə və Gənclərinin Məşvərət Şurasının üzvləridir.



Onlar təmas xəttinə yaxın rayonda yaşadıqları üçün özləri aprel hadisələrinin birbaşa şahidi olublar. Onlar digər həmyaşıdları kimi proqram çərçivəsində keçirilən liderlik, mina təhlükəsizliyi və digər mövzulardakı təlimlərdə iştirak edir və öz həmyaşıdlarını da fəlakət risklərindən qorunmaq və fövqəladə hadisələrə psixoloji hazır olmaq üçün maarifləndirirlər.





Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.09.2019
Türmə nəzarətçiləri Vidadi Zeynalovun başına necə OYUN AÇIBLAR...
15.09.2019
Ən varlı azərbaycanlı "lotu"lar: "Lotu Quli" milyarder çıxdı (SİYAHI)
15.09.2019
Sabahın HAVA PROQNOZU
15.09.2019
Birinci vitse-prezident Mehriban Əliyeva şagird, tələbə, müəllim və valideynləri Bilik Günü münasibəti ilə təbrik edib
15.09.2019
Bakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötür