Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6435

Digər sorğular

Mahsun Kırmızıgüldən qürurverici addım: Filmində Sabirin ŞEİRİ SƏSLƏNDİRİLDİ - VİDEO

21:44  |    04 Mart 2017  |   E-mail  |  Çapa göndər


Son illərdə özünü rejissor kimi sınayan türkiyəli müğənni Mahsun Kırmızıgül "Vəzir barmağı" filmində Mirzə Ələkbər Sabirin "Qorxuram" şeirindən istifadə edib.

Sözügedən səhnənin görüntüləri sosial şəbəkədə yayılıb. Şerin ifa olunduğu səhnə azərbaycanlılar tərəfindən olduqca maraqlı qarşılanıb və müsbət hal kimi qiymətləndirilib.
Onu da qeyd edək ki, şeir türk dilinə çevrilib ifa olunub.
Şeirin orijinalını və filmdən kadrları təqdim edirik. (Publika.az)


Qorxuram
Payi-piyadə düşürəm çöllərə,
Xari-müğilan görürəm, qorxmuram.
Seyr edirəm bərrü biyabanları, --
Quli-biyaban görürəm, qorxmuram.
Gah oluram bəhrdə zövrəqnişin, --
Dalğalı tufan görürəm, qorxmuram.
Gah çıxıram sahilə, hər yanda min
Vəhşiyi-ğürran görürəm, qorxmuram.
Gah şəfəq tək düşürəm dağlara, --
Yanğılı vulkan görürəm, qorxmuram.
Gah enirəm sayə tək ormanlara, --
Yırtıcı heyvan görürəm, qorxmuram.
Üz qoyuram gah neyistanlara, --
Bir sürü aslan görürəm, qorxmuram.
Məqbərəlikdə edirəm gah məkan, --
Qəbirdə xortdan görürəm, qorxmuram.
Mənzil olur gah mənə viranələr, --
Cin görürəm, can görürəm, qorxmuram.
Xarici mülkündə də hətta gəzib
Çox tuhaf insan görürəm, qorxmuram.
Bu küreyi-ərzdə mən, müxtəsər,
Müxtəlif əlvan görürəm, qorxmuram.
Leyk, bu qorxmazlıq ilə, doğrusu,
Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müsəlman görürəm, qorxuram!....
Bisəbəb qorxmayıram, vəchi var:
Neyləyim axır, bu yox olmuşların
Fikrini qan-qan görürəm, qorxuram,
Qorxuram, qorxuram, qorxuram!....
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.08.2019
Sehirli səsi ilə tarixə düşən dünya şöhrətli azərbaycanlı
14.08.2019
Hökümə Qurbanovanın sevdiyi, Adil İsgəndərovun qibtə etdiyi böyük adam – PORTRET
24.07.2019
Akademik Milli Dram Teatrının 100 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
22.07.2019
Yalçın Rzazadə: "İki gün də geciksəydim, ölə bilərdim"
18.07.2019
"Çölçü" ABŞ-da və İtaliyada ən yaxşı film seçildi