Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6670

Digər sorğular

İran istehsalı olan neft məhsulları Ermənistana buraxılmır

16:53  |    04 Mart 2017  |   E-mail  |  Çapa göndər


İrandan idxal edilən kerosini Ermənistan sərhəddən buraxmayıb.


“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Milli Standartlar İnsititutunun direktoru Yenok Azaryan bildirib.
Onun sözlərinə görə, İrandan idxal edilən kerosin aşağı keyfiyyətlidir.
Qeyd edək ki, bu günlərdə Ermənistan parlamentinin deputatı Nikol Paşinyan ölkəsinin baş naziri Karen Karapetyana müraciət edərək, hakimiyyətə sərf etməyən şirkətlərin gətirdikləri neft məhsullarının ölkəyə buraxılmadığını vurğulayıb. Deputat bildirib ki, bir aya yaxındır “Araqq” adlı şirkətin İrandan idxal etdiyi 460 ton kerosin Ermənistana buraxılmır.
Azaryan deyib ki, Ermənistanda neft məhsullarına Avropa İttifaqı standartları artıq tətbiq edilir. Həmin standartlara əsasən, neft məhsullarının tərkibindək kükürd miqdarına ciddi nəzarət olunur. Onun sözlərinə görə, İranda istehsalı olan kerosinin tərkibində kükürdün miqdarı Avropa İttifaqı standartından 300-400 dəfə çoxdur: “Standarta uyğun gəlmədiyi üçün İrandan idxal edilən neft məhsulları gömrükdə saxlanılıb”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.01.2020
Dünyanın ən yaşlı qadını vəfat edib
29.01.2020
Daha bir ölkədə koronavirus aşkarlanıb
29.01.2020
Moskvada metrostansiyalardan birinə Həzi Aslanovun adı verilə bilər - Putinə müraciət olunub
29.01.2020
Hitlerlə Stalin Lvovda təkbətək görüşüb – Kravçuk
29.01.2020
Alimlər açıqladı: Çini daha bir bəla gözləyir