Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6709

Digər sorğular

Toyu olacaq gəncin meyidi tapıldı - Video

03:37  |    04 Mart 2017  |   E-mail  |  Çapa göndər


Ov etmək üçün dağa qalxan gəncin özü qurban oldu.

Qaziler.az ARB-yə istinadən xəbər verir ki, bədbəxt hadisə Şəkidə baş verib. Şin kənd sakini Mehman Cəmilov sıldırım qayadan yıxılaraq gözlərini həyata əbədi yumub. Hadisə iki gün öncə baş versə də, cəsəd ötən gün axşam tapılıb.

26 yaşlı Mehman Cəmilovun meyidi Şin kəndi yaxınlığındakı yüksək dağlıq ərazidən tapılıb. İlkin araşdırma zamanı məlum olub ki, dağlıq əraziyə ov etmək üçün gedən Mehman Cəmilov qayadan yıxılıb və aldığı xəsarətdən hadisə yerində ölüb. Mərhumun cəsədini tapmaq isə o qədər də asan olmayıb.

Birlikdə ova gedən Mehman və Səxavət Cəmilov ov zamanı bir-birlərindən ayrı düşüblər. Bir müddət keçdikdən sonra isə Səxavət Mehmanın itdiyini görüb. Ov yoldaşınının kəndə geri qayıtdığını düşünüb. Ancaq kəndə gəldikdə Mehmanın hələ də qayıtmadığını anlayıb, təşvişə düşüb. Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.02.2020
Bakıda 83 yaşlı kişi arvadını bıçaqlayıb
23.02.2020
Lənkəranda zəlzələ oldu
23.02.2020
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı artıb
23.02.2020
Türkiyə-İran sərhədindəki zəlzələ Naxçıvanda hiss edildi
22.02.2020
Lerikdə “UAZ dərəyə aşdı - 1-i azyaşlı olmaqla 2 nəfər öldü