Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6396

Digər sorğular

Türkiyə dünyada ən çox qaçqın qəbul edən ölkə oldu

02:56  |    04 Mart 2017  |   E-mail  |  Çapa göndər


Azərbaycanla qonşu olan Türkiyə dünyada qəbul edilən qaçqınların sayına görə lider ölkədir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycan nümayəndəliyindən eksklüziv olaraq Trend-ə verilən məlumata görə, öz yaşayış yerini dəyişməyə məcbur olan insnaların sayı 3.2 milyon olub, 2015-ci ilin ilk yarısında yeni yerləşmə sayının az olmasına baxmayaraq, dünyada zorla yerdəyişdirilmə hələ də artır.

Artıq BMT QAK-ın mandatı altında olan qaçqınların sayı 16,5 milyon nəfərə qədər artıb. Suriya və Cənubi Sudanda baş verən münaqişələr ən yeni qaçqın ərazilərin yaranmasına səbəb olub.

2016-cı ilin birinci yarısında dünyada sığınacağın verilməsi haqqında bir milyondan çox fərdi müraciət (Almaniya böyük həcmdə müraciətlər edilən əsas ölkə olmaqla, eləcə də sığınacaq axtaranlar arasında ən böyük insan qrupu suriyalılar olmaqla) qeydə alınıb.

Qaçqınlar arasında milliyətinə görə suriyalılar 5,3 milyon olmaqla üstünlük təşkil edir. Bu siyahıda növbəti yerlərdə Əfqanıstan (2,7 milyon), Somali (1,1 milyon), Cənubi Sudan (854 200 nəfər) və Sudan (627, 100 nəfər) vətəndaşları üstünlüyə malikdir. Ümumilikdə, bütün dünya qaçqınlarının 100-də 50-ni Suriya, Əfqanıstan və Somalidən olan qaçqınlar təşkil edir.

Türkiyə qəbul edilən qaçqınların sayına görə liderliyi saxlamaqda davam edir.

Türkiyənin qəbul etdiyi qaçqınların sayı - 2,7 milyon nəfəri Suriyadan olmaqla, 2,8 milyon nəfərə çatıb. Qaçqınların sayına görə üstünlük təşkil edən digər ölkələr Pakistan (1,6 milyon nəfər), Livan (1 milyon nəfər), İran ( 950 min nəfər), Efiopiya ( 742 700 nəfər) və İordaniya (691 800) nəfər olub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.07.2019
Cavad Zərif: "İran müharibəni başlayan tərəf olmayacaq, lakin öz torpaqlarını qoruyacaq"
18.07.2019
Baş katib: "Türkiyənin "S-400"lərə görə NATO-dan çıxarılması gündəmə gəlməyib"
18.07.2019
NATO-dan Kremlə sərt mesaj
18.07.2019
Dünyanın ən böyük “Cücə”sinə ömürlük həbs və 13 milyard cərimə - VİDEO
18.07.2019
Türkiyə XİN ABŞ-ın Ankaranın F-35 proqramından çıxarılması barədə qərarını qanunsuz adlandırıb