Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6481

Digər sorğular

`Həmin gün su gətirməyə getmişdim...` - Ölkəni sarsıdan fotodakı qızın taleyi - MÜSAHİBƏ - VİDEO

23:20  |    03 Mart 2017  |   E-mail  |  Çapa göndər


Uzun illərdir ki, Azərbaycan mətbuatı bir şəkli Xocalı sakinləri kimi təqdim edir. Amma həqiqət başqadır.

Bu şəklin çox maraqlı tarixçəsi var. 24 il əvvəl çəkilmiş fotoda olan şəxs Kəlbəcər rayon sakini Bayramova Həyat Fikrət qızıdır. O hazırda Goranboyun Buzluq kəndi ərazisində, 3 uşağı ilə birgə yaşayır.

Maddi vəziyyəti acınacaqlı olan Həyat xanım valideynlərinin qoyub getdiyi evdə tək 3 uşaq böyüdür. Həyat Bayramova 12 yaşında erməni işğalı nəticəsində öz doğma yurdundan ayrı düşür. Mətbuatda böyük səs-küyə səbəb olan həmin foto da məhz o gün çəkilib. Həyat xanım Femida.az-a bir şəklin tarixçəsini belə açıqlayıb:

“…Həmin günü həyətimizə gələn su donduğu üçün bulqadan su gətirməyə getmişdim. Gördüm ki, qonşumuz saçını yolub, qışqırır. Deyirdi ki, ermənilər tuneli alıb, kəndə çatır. Mənim cəmi 12 yaşım var idi. Bunu eşidib, evə qayıtdım. Artıq hamı bir-birinə qarışmışdı. Atam da həmin günü evdə deyildi. Anam bizi çətinliklə yola çıxardı. Biz də ailədə 7 uşağıq. Anam bilmirdi ki, hansımızı aparsın. Artıq yolun başında köç maşınları dayanmışdı. Anam bizi çayın qırağındakı körpünün yanına gətirdi. Orada bizi yük maşınlarına mindirdilər.

Murovu çətinliklə aşdıqdan sonra Xanlar rayonunun girişində maşında düşdük. Anam baxdı ki, qardaşım yoxdur. Bizi orada qoyub, geri qayıtdı. Həmin vaxt balaca bacım da qucağımdaydı. Ətrafdakı səs-küydən, qadınların ağlamağından qorxurduq. Tək qaldığımızı görən bir kişi bizə yaxınlaşdı.



O Molla Cəlilli kəndindən olan Alik dayı idi. Bizi götürüb, evinə apardı. Onun həyat yoldaşı Yazgül xala bizi 15 gün evində saxladı. Sonra atamla anam Molla Cəlilliyə gəlib, bizi tapdılar. Qardaşımı da kənd cammatı çıxanda Kəlbəcərdən Bərdəyə gətirmişdilər. Bir müddət Bərdədə məskunlaşdıqdan sonra Goranboyun Buzluq kəndinə köçdük. 1994-cü ildən bu evdə, Buzluqda yaşayırıq…

Mətbuatda yayılan həmin foto da bizim qaçqın düşdüyümüz gün çəkilib. Bacım Fatimə acından və soyuqdan ağlayırdı. Onun cəmi 5 yaşı var idi. Anam onu yun ədyala bükmüşdü. Bu günün özündə anam bacımı bükdüyümüz o ədyalı saxlayır…”


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.09.2019
ABŞ-da “Qarabağ Azərbaycanındır” şüarını daşıyan təyyarələr havaya qaldırıldı - VİDEO
23.09.2019
“Atam yaxın vaxtlarda girovluqdan azad ediləcək” - Dilqəmin oğlu
23.09.2019
Azərbaycan əsgəri ermənilər tərəfindən vurulub
23.09.2019
Atəşkəs 22 dəfə pozulub
22.09.2019
Ermənistan silahlı bölmələri atəşkəsi 24 dəfə pozub