Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6706

Digər sorğular

SOCAR-ın Gürcüstandakı qazdoldurma stansiyalarının sayı 26 oldu

01:40  |    18 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Gürcüstana səfəri çərçivəsində Tbilisidə “SOCAR” brendi ilə fəaliyyət göstərəcək qazdoldurma stansiyasının açılışında iştirak edib. Bu barədə Trend SOCAR-ın saytına istinadən məlumat verib.

R.Abdullayevə bildirilib ki, yeni stansiya Argentina istehsalı olan yüksək texniki göstəricilərə malik 2 qaz-kompressor qurğusu ilə təchiz olunub. Gücü 250 kilovata çatan qurğular mərkəzi qaz magistral xəttinə birləşdirildiyi üçün qazın fasiləsiz verilişi təmin olunub. Burada avtomobillərin tez, keyfiyyətli və təhlükəsiz şəkildə qazla təchiz edilməsi üçün hər cür şərait yaradılıb.

SOCAR prezidenti qazdoldurma stansiyasının istismara verilməsinin rəmzi olaraq qırmızı lenti kəsib, kollektivi təbrik edərək uğurlar arzulayıb. Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov, iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev, Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov iştirak ediblər.

Xatırladaq ki, hazırda “SOCAR Petroleum Georgia” şirkətinin Gürcüstan ərazisində 26 qazdoldurma stansiyası fəaliyyət göstərir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.02.2020
Yeni şəffaf sayğac qutuları quraşdırılacaq
21.02.2020
Prezident Romada Azərbaycan-İtaliya biznes forumunda iştirak edib
09.02.2020
Nazir:“Biz aldığımızdan daha çox ödəyirik”
06.02.2020
Əmək pensiyaları indeksləşdirildi
28.01.2020
Çindən Azərbaycana bir sıra məhsulların gətirilməsi qadağan olunub