Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6709

Digər sorğular

Bu rayonda nə yanacaqdoldurma məntəqəsi var, nə də aptek - VİDEO

02:17  |    03 Mart 2017  |   E-mail  |  Çapa göndər


Xızıda aptek və yanacaqdoldurma məntəqəsi olmaması sakinləri narahat edir.

Sakinlər dərman almaq üçün ya Sumqayıt, ya da Bakı şəhərinə getmək məcburiyyətində qalırlar. Avtomobili olanlar isə yanacaq üçün 60 km yol getməlidir.
Bu rayonda nə yanacaqdoldurma məntəqəsi var, nə də aptek. Sakinlər dərman tapmaq üçün Sumqayıt və ya Bakı şəhərinə getməlidirlər.
Bura 16 min 495 nəfər əhalisi olan Xızı indidir. 25 kənd, 1 şəhər, Giləzi, Şurabad və Altıağac olmaqla 3 qəsəbəsi olan rayonda bir çox zəruri ehtiyacların təmin olması mümkün deyil.
Rayonda aptek yalnız xəstəxanadadır. Xızı rayon mərkəzi xəstəxanasının baş həkimi Bektaş Nəbiyev bildirib ki, tibb ocağında yalnız Səhiyyə Nazirliyinin təşkil etdiyi dövlət apteki fəaliyyət göstərir ki, burada olan dərmanlar da xəstəxanaya müraciət edən xəstələr üçündür.
Rayonda sürücülər də əziyyət çəkir. yanacaqdoldurma məntəqəsi olmadığına görə onlar avtomobilə yanacaq vurmaq üçün 60 km əlavə yol getməlidirlər.
İndi rayon sakinləri həm aptek, həm də yanacaqdoldurma məntəqəsi probleminin tezliklə həll olunmasını istəyirlər.
Rayon icra hakimiyyətindən isə "Xəzər Xəbər”ə bildiriblər ki, 2 il əvvələ kimi burada aptek olub. Lakin sahibkar buradan gəlir götürə bilmədiyinə görə apteki bağlayıb. Burada aptek və yanacaqdoldurma məntəqəsi açmaq istəyən sahibkarlara isə icra hakimiyyəti tərəfindən köməklik göstəriləcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.02.2020
İranla sərhədi niyə bağlamırıq? - Açıqlama
24.02.2020
Azərbaycandan İrana gedən avtobusların işində dəyişikliklə bağlı AÇIQLAMA
24.02.2020
MSK bu həftə seçkilərə yekun vuracaq
24.02.2020
Səhiyyə Nazirliyi: Azərbaycanda koronavirusla bağlı heç bir şübhəli hal yoxdur
23.02.2020
Şəkidə it üç azyaşlını dişləyib