Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6523

Digər sorğular

Bakıda lombard qarət olundu - Qızıllar aparıldı - VİDEO

02:50  |    02 Mart 2017  |   E-mail  |  Çapa göndər


Bakıda lombard qarət edilib.

Qaziler.az xəzərxəbər-ə istinadən bildirir ki, Naməlum şəxs və ya şəxslər obyektin dam örtüyünü sökməklə içəri daxil olub ordan pul və külli miqdarda dəyəri olan qızıl oğurlayıblar. Oğurluq anı lombarddaki təhlükəsizlik kameralarına da düşüb. Hadisə oğurlanmış qızılların sığortalanmasını və polis tərəfindən mühafizə olunmasını gündəmə gətirir.
Lombarda oğurluğa girən şəxs obyektdə müşahidə kamerasının olduğunu görüb üzünü parça ilə gizlədir. Daha sonra isə dəmir linglə kameranı qırmağa çalışır.
Hadisə gecə paytaxtın Pirallahı rayonu Səməd Vurğun küçəsindəki lombardlardan birində baş verib.
Zərərçəkmiş obyekt sahibi hadisədən səhər işə gələrkən xəbər tutub. O, dərhal rayon polis idarəsinə məlumat verib. Əraziyə gələn polis müəyyən edib ki, naməlum şəxs və ya şəxslər lombarddan, dam örtüyünü sokməklə 2 min manat pul və 4 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.
Hadisə bu cür obyektlərin təhlükəsizlik məsələsini gündəmə gətirir. Ekspertlər bildirirlər ki, adətən lombardlar ərazi üzrə mühafizə polis şöbəsinin siqnalizasiya sistemi ilə təchiz edilməlidir.
Başqa bir məsələ vətəndaşlara məxsus lombarddakı qızılların sığortalanmasıdır. Hadisənin baş verdiyi lombarddakı işçi xanım sözügedən məsələdən xəbərsiz olduğunu deyir.
Belə çıxır ki, onlar vətəndaşların qızıllarını bu cür hadisələrdən sığortalatmayıblar. Bəs burda məsuliyyət kimin üzərindədir?
Hüquqşünas Xəyal Bəşirov deyir ki, əgər lombardın sahibi dəymiş ziyanı ödəməzsə, vətəndaşlar onu məhkməyə verib əmlaklarını tələb edə bilərlər. Çünki onlar qızıl qoyub pul götürərkən aralarında müqavilə bağlanır.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.10.2019
Qurban Qurbanov Arazın cəzalandırılmasından danışdı
17.10.2019
Bakıda 4 yaşlı uşaq it dişləməsi nəticəsində ölüb
11.10.2019
Ukraynada öldürülən azərbaycanlı tələbə məşhur bəstəkarın nəvəsi imiş - FOTO
06.10.2019
Rusiyada uçan avtomobillər istehsal ediləcək
04.10.2019
Prezident İlham Əliyev Teymur Rəcəbovu təbrik edib