Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Bakıda boks çempionatında dava: “Pensionerin burda nə işi var?!” - VİDEO

22:48  |    01 Mart 2017  |   E-mail  |  Çapa göndər


Boks üzrə Azərbaycan çempionatının gənclər arasında keçirilən finalında insident yaşanıb.

Boks üzrə Azərbaycan çempionatının gənclər arasında keçirilən finalında insident yaşanıb.

BakiPost.az xəbər verir ki, insident 64 kq çəkidə yarışa çıxan idmançı Səbuhi Abışovun atası Yalçın Abışovla rəqibi Bəxtiyar Qazıbəyovun məşqçisi Rasim Məmmədov arasında olub.

Belə ki, Y. Abışov B. Qazıbəyovun yaşının gənclərə uyğun olmadığını, onun kişilər üçün keçirilən çempionatlarda yarışmalı olduğunu deyib. İddia edib ki, B. Qazıbəyov pasportunu saxtalaşdıraraq özünü gənclər arasında keçirilən yarışlarda sınayıb. Əslində, 1995-ci il təvəllüdlü idmançının özünü 1999-cu il təvəllüdlü təqdim etdiyini bildirən Yalçın Abışov Bəxtiyar Qazıbəyovun yarışdan uzaqlaşdırılmalı olduğunu deyib. O hətta "bu pensionerin gənclərin yarışında nə işi var, ayıb deyil, utanmırsınız?” deyə qışqıraraq etiraz edib.



B. Qazıbəyovun məşqçisi isə onun etirazına cavab verib. Bundan sonra tərəflər arasında söz davası olub. Onların davası yarış boyu davam edib.

Məsələ ilə bağlı ətraflı materialımız olacaq.

Məlumat üçün bildirək ki, Bəxtiyar Qazıbəyov Boks üzrə Azərbaycan yığmasının üzvü, yeniyetmələr arasında Avropa çempionudur. O, "Rabitə” boks klubunun tərkibində çıxış edir.

Səbuhi Abışov isə Boks üzrə respublika çempionatlarında "Qızıl”, "Gümüş” medallar qazanıb. O, Mərkəzi Ordu İdman klubunun idmançısıdır.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.09.2019
Azərbaycan güləşçisi Rafiq Hüseynov dünya çempionatında gümüş medal qazanıb
12.09.2019
Ukraynalı futbolçu Rusiyada qazandığı pulu öz ölkəsinin ordusuna göndərib - VİDEO
11.09.2019
Həbibin məğlub etdiyi idmançı: Makqreqorla döyüşmək istəyirəm
08.09.2019
Həbib Nurməhəmmədov: "Bizdə qadınlar papaq qoymur, əsl kişilər papaq daşıyır"
07.09.2019
Həbib, yoxsa Porye? - Dünya bu döyüşü gözləyir