Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Sumqayıtda məktəb direktoru rüşvət almaqda ittiham olunur - VİDEO

02:47  |    01 Mart 2017  |   E-mail  |  Çapa göndər


Sumqayıt şəhər 21 saylı orta məktəbin direktoru valideynlərdən rüşvət toplamaqda ittiham olunur.

Qaziler.az xəzərxəbər-ə istinadən bildirir ki, valideynlərdən biri summativ qiymətləndirməyə görə pul yığmaq üçün tərtib olunan vərəqin şəklini çəkərək sosial şəbəkədə paylaşıb. Rüşvət qalmqalı böyüdüyündən Təhsil Nazirliyi araşdırmaya başlayıb.
Valideynin yazdığı izahatda söhbət ona sinifin valideyn komitəsi tərəfindən təqdim olunan bu aktdan gedir.
Sumqayıt şəhər 21 saylı orta məktəbin direktoru Vladim İbrahimov keçirilən kiçik summativ qiymətləndirmə, böyük summativ qiymətləndirmə, formativ qiymətləndirmə və. s. üçün testlərin çıxarılmasına lazım olan bütün xərcləri könüllü olaraq valideynlərin öz öhdəsinə götürdüyünü təsdiqləyən akt hazırlayıb və valideyn komitəsinin bütün üzvlərinə imzalatdırıb.valideyn aktın şəklinin çəkib sosial şəbəkədə paylaşandan sonra sözü gedən təhsil ocaqında rüşvət iddiaları ortaya çıxıb.
21 saylı orta məktəbin valideynləri də onlardan pul yıgıldıgını təstiqləyir. Lakin onlar hər summativə 1manatı öz xoşları ilə verdiklərini deyirlər. Müəllimlər isə valideynlərdən pul yıgmanı belə əsaslandırır.
Məsələ ilə bağlı Məktəb direktoru Vladim İbrahimov şifahi bildirib ki, haqqında yayılan məlumatların heç biri həqiqətə uyğun deyil.valideynlər özləri öz təşəbbüsü ilə belə bir şey etmək istəyiblər və aktı həmin valideynə göstərəndə o, əsəbiləşib şəkilini çəkib və sosial şəbəkədə paylaşıb.Onun sözlərinə görə bu işdən xəbərdar olsaydı, qətiyyən icazə verməzdi.
Sumqayıt şəhər təhsil şöbəsindən isə bildirildi ki, summativ xərcləri məktəb tərəfindən qarşılanmalıdır. məsələ ilə bağlı 21 nömrəli tam orta məktəbdə bir neçə gün bundan öncə valideyn sikayətləri əsasında ciddi yoxlamalar aparılıb.Nəticədə Təhsil şöbəsinin müdiri Nizami Namazovun əmri ilə Vladim İbrahimova sonuncu şiddətli töhmət verilib və toplanmış sənədlər Təhsil nazirliyinə göndərilib. Yaxın günlərdə məsləyə hüquqi qiymət veriləcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.09.2019
Türmə nəzarətçiləri Vidadi Zeynalovun başına necə OYUN AÇIBLAR...
15.09.2019
Ən varlı azərbaycanlı "lotu"lar: "Lotu Quli" milyarder çıxdı (SİYAHI)
15.09.2019
Sabahın HAVA PROQNOZU
15.09.2019
Birinci vitse-prezident Mehriban Əliyeva şagird, tələbə, müəllim və valideynləri Bilik Günü münasibəti ilə təbrik edib
15.09.2019
Bakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötür