Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6888

Digər sorğular

Nizami rayonunda şahmat yarışı keçirilib

21:49  |    17 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında şahmat yarışı keçirilib.

Yarışın açılış mərasimində çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov və başqaları deyiblər ki, bu gün Azərbaycan şahmat idman növü üzrə dünyanın ən güclü idmançılarına sahibdir. Bu sahəyə göstərilən qayğının nəticəsidir ki, şahmatçılarımız beynəlxalq yarışlarda dövlət bayrağımızı ucaldır, himnimizi səsləndirirlər.

Qeyd edilib ki, şahmat üzrə 2015-ci il Dünya Kuboku yarışlarının və 2016-cı il Dünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsinin nəzərə alınması bir daha idmanın bu növünə olan diqqətin bariz nümunəsidir.

Çıxışlardan sonra püşkatma keçirilib və yarışa start verilib.

21 məktəbin şahmatçısının iştirak etdiyi yarış olimpiya sistemi üzrə keçirilib. Yarışda yüksək əzmkarlıq və peşəkarlıq nümayiş etdirən 238 saylı məktəbin şagirdi Vüqar Əsədli birinci, 277 saylı məktəbin şagirdi Zülfüqar Rəhimov ikinci və 145 saylı məktəbin şagirdi Asim İmanov üçüncü yerin qalibi olub.

Sonda yarışın qalibləri medal və diplomlarla mükafatlandırılıb, xatirə şəkli çəkdirilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Operativ Qərargah idman zallarının açılmamasına aydınlıq gətirib
29.05.2020
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi, amma...
27.05.2020
Ukrayna çempionu intihar etdi
26.05.2020
Həbib Nurməhəmmədov koronavirus testindən imtina etdi
22.05.2020
Kamil Zeynallı azadlığa çıxdı