Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6435

Digər sorğular

Gecikmiş etiraf - Kamil Məhərrəmoğlu

18:09  |    27 Fevral 2017  |   E-mail  |  Çapa göndər

(Seymur Şeydayevin “Bitməmiş son” əsəri haqqında təəsüratlarım)

Hər bir insanın həyatında müəyyən səhvlər olur və bu səhvlər insanın formalaşmasında mühüm rol oynayir. Xoşbəxt o kəslərdir ki, öz səhvlərini anlayır, səmimi etiraf edir və onlardan müəyyən nəticə çıxarır.Lakin elə səhvlər də var ki, onları etməmək olar, lakin qeyri-ixtiyari edirsən, daxili-mənəvi əzablara düçar olursan və nəticədə həyatın məhv olur.

Bu baxımdan şair – publisist Seymur Şeydayevin qələmə aldığı “Bitməmiş son” əsəri düşündüklərimizə nümunə ola bilər.

Seymir müəllimi mən lirik şeirlərin müəllifi kimi tanıyıram və O, müasir həyatla səsləşən şeirlərini ifa etməyi və sevdirməyi bacaran şairdir. Onunla telefon danışığımızda yeni kitabının işiq üzü görməsini eşıdəndə çox sevindim və düşündüm ki, o gözəl şeirləri mən də əzbərləyərəm.Lakin gözlədiyimin əksinə olaraq o mənə “Bitməmiş son” kitabını bağışladı. Düzu , əvvəlcə elə-belə, dostluq xatırınə kitabı oxumağa başladım. Kitabı oxuduqca göz yaşlarıma hakim ola bilmədim.Xüsusi olaraq “O, yaxşı övlad ola bilmədi anasına, saçlarının birini ağ, o birini qara hörən anasına....yazıq arvad nələr etmədi kasıb canı ilə ona. Nə arzuları var idi ürəyində. Rüstəm bu arzuların heç birini doğrultmadı.” Niyə, nə üçün belə vicdansız çıxdi Rüstəm?! Məsələ burasıdır ki, anasının tək oğlu olan Rüstəm peşmançılıq hissi keçirir və özü də etiraf edir ki, şərəfsiz bir iş görüb, sevdiyi qıza- Fidana xəyanət edib, bununla d ahəm də,anasina,elinə, obasına, qohum - əqrabasına xəyanət edib.Amma gərək bunu etməyəydi. Və O, bu günahını ömrü boyu yuya bilmədi, bir səhvin yaratdığı əzablara düçar oldu.

Əsəri oxuduqca real həyatda baş verən hadisələrlə povestdəki hadisələr arasında müəyyən uyğunluqlar görürsən. Məsələn, mənim yadıma düşür ki, hələ sovet məkanı dövründəbir kənddə ANA yeganə övladını tibb univeristetində təhsil alan qardaşı qızına nişanlayır, bir müddətdən sonra həmin qız nişan üzüyünü qaytarır. Ana və onu tanıyanlar qızı günahlandirirlar, Amma sonra məlum olur ki, oğlan başqa bir qızla eşq məcarası yaşayir və hətta həmin qız hamilə olur. Təəbii ki ANA atasız böyütdüyü yeganə oğluna toy edə bilmir, qəlbində heç kəsə deyə bilmədiyi bir niskil yaranır və ömrünün sonuna qədər O, bununla barışa bilmir.

Başqa bir misal - tələbə bir oğlan kirayə qaldığı ev sahibinin evli qızını (iki uşaq anası) götürüb qaçır,Sonradan O, elm adamı olsa da insan kimi hörmət qazana bilmir.

Məni narahat edən bir hadısəni də xatırlatmaq istərdim: Tələbə dostum bir qızla gəzir və hər dəfə onunla necə öpüşdüyünü və başqa hərəkətlər etdiyini gəlib həvəslə bizə daha doğrusu mənə danişardı. Mən isə ona xəbərdarlıq olaraq deyərdim ki, ay kişi, birdən O qızla evlənərsən ha???
O
, isə təkəbbürlə---“nə danışırsan, uşaq-zadam bəyəm”- deyə cavab verirdi.
Amma nəticədə eşitdim ki, həmin oğlan O qızla ailə həyatı qurub,
Təəbii ki, mən onunla dostluğu kəsdim və eşitdim ki, valideynləri və qohum əqrabaları da ondan üz döndəriblər.

Mənə elə gəlir ki, bu əsəri oxuyan hər bir kəs özü üçün müəyyən nəticə çıxarmalıdır.Hətta mən özüm də bu əsəri öxuyandan sonra keçmişimə bir nəzər saldım, narahatedici bir hadisə olmasa da bundan sonra daha ehtiyatlı olmaq qərarına gəldim. Hiyləgər və mənliyi olmayan qadın (əsərdəki Gülgəz) hər an adamı yoldan çıxara bilər,lakin milli-əxlaqi dəyərlərə bağlı olan insan isə şəxsiyyətini və mənliyini ŞƏHVƏT hissinə qurban verməməlidir.

Bu kitabin əsas mahiyyəti də onda ibarətdir ki, hər bir insan, istər QIZ olsun, istərsə də OĞLAN birinci öz şəxsiyyətini, sonra valideynlərinin və qohum-əqrabasının nüfuzunu qoruya bilsin, EL qınağına tuş gəlməsin.

Yəqin belə bir hadisəyə başqa bölgələr də də rast gəlmiş olarsınız :1941- 1945-ci illərdə bir nəfər müharibədə olan qardaşı arvadına göz tikir və onunla evlənir, Qardaşı müahibədən qayıdarkən bu hadısəni eşidir və bir daha geri qayıtmır. Xalq arasına həmin adama “QURUMSAX” ləqəbi qoyurlar. Sonralar həmin şəxs nə qədər xeyirxah işlər görsə də o adı üstündən götürə bilmir.

Bir sözlə, Bir səhvin yaratdığı mənəvi əzabları unutmayaq.

“Bitməmiş son” olduqca oxunaqlı, milli – mənəvi əxlaqımıza və dəyərlərimizə söykənən bir əsərdir. Mən yazıçı-publisist Seymur Şeydayevə daha böyük yaradıcılıq uğurları arzulayıram.

Kamil Məhərrəmoğlu

Jurnalist, Azərbaysan Yazıçılar birliyinin üzvü



Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.08.2019
Sehirli səsi ilə tarixə düşən dünya şöhrətli azərbaycanlı
14.08.2019
Hökümə Qurbanovanın sevdiyi, Adil İsgəndərovun qibtə etdiyi böyük adam – PORTRET
24.07.2019
Akademik Milli Dram Teatrının 100 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
22.07.2019
Yalçın Rzazadə: "İki gün də geciksəydim, ölə bilərdim"
18.07.2019
"Çölçü" ABŞ-da və İtaliyada ən yaxşı film seçildi