Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6350

Digər sorğular

“Əsir düşərgəsi” kitabı çap olundu

04:03  |    27 Fevral 2017  |   E-mail  |  Çapa göndər

“Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində “Əsir düşərgəsi” kitabı çap olunub.

Qaziler.az lent.az-a istinadən xəbər verir ki, jurnalist Vüsalə Məmmədovanın müəllifi olduğu və TEAS Press nəşriyyat evində çap olunan kitab Lent.az-da yayımlanmış eyniadlı layihə əsasında tərtib edilib.

Yeni nəşrdə toplanan doqquz hekayət Qarabağ müharibəsində ermənilərin əsir və girov götürdüyü insanların üzləşdikləri işgəncə və zorakılıqdan, yaşadığı dəhşətlərdən bəhs edir. Hekayətlər əsir və girovların dilindən qələmə alınıb.

Kitabda 1993-cü ildə könüllü olaraq Azərbaycan Milli Ordusunun sıralarına yazılaraq, Qarabağda döyüşən Türkiyə vətəndaşı Atilla Yumakın əsirlikdə yaşadıqlarından və digər xarici ölkə vətəndaşlarının göstərdiyi fədakarlıqdan da söhbət açılır.

Qeyd edək ki, nəşrin məqsədi Qarabağ müharibəsi həqiqətlərinin araşdırılması, yeni nəslə, həmçinin dünyaya çatdırılması yönündə daha bir addım atmaqdır. Müharibənin günahsız insanların taleyinə vurduğu silinməz zərbə və damğaları yenidən cəmiyyətə göstərmək, erməni vandalizminin şahidi olmuş insanların iztirablarını onların öz dilindən təqdim etməkdir. Kitabda bir çox faktlar geniş ictimaiyyətə birinci dəfədir çatdırılır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.06.2019
Alim Qasımov kilsədə azan oxudu (VİDEO)
15.06.2019
Nəsimini sevən qadın necə öldü? - Faciəli tale
11.06.2019
Fuad Poladovun oğlu evləndi - Foto
08.06.2019
“Bütün qohumlarım məndən üz döndərdi” - Mübariz Tağıyev
07.06.2019
Yaşar Nurinin SON GÜNÜ: “Yatanda dedi ki...”