Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6435

Digər sorğular

Azərbaycanın 999-cu məscidinin sirriFOTO

20:06  |    26 Fevral 2017  |   E-mail  |  Çapa göndər

Gəncə Azərbaycanın qədim və tarixi abidələrlə zəngin şəhərlərindən biridir. Onu zənginləşdirən abidələrdən biri də XVII əsr Azərbaycan memalığının incilərindən hesab edilən Şah Abbas məscididir.

Qaziler.az-ın Sputnik Azərbaycana istinadən verdiyi məlumata görə, şəhərin mərkəzində yerləşən tarixi abidə xalq arasında Cümə məscidi kimi tanınır.

Dövrünün ən böyük ibadət məkanlarından olan tikili Səfəvi hökmdarı I Şah Abbasın adı ilə bağlıdır. Rəvayətə görə, hakimiyyətə gəldikdən sonra Səfəvi xanədanının keçmiş qüdrətini bərpa edən Şah Abbas vəzirinə ölkə ərazisində min məscid, min körpü və min çeşmə inşa etmək göstərişi verir. Ağıllı vəzir şahı onların sayını min yox 999 etməyə, bu rəqəmdə bir əzəmət olduğunu inandıra bilir. Bundan sonra məmləkətdə 999 məscid, 999 körpü, 999 çeşmə inşa edilir. O dövrdə tikilən məscidlərin ən möhtəşəmlərindən biri də Gəncə şəhərinin payına düşür. Onun inşası Şah Abbasın göstərişi ilə dövrünün məşhur riyaziyyatçısı, astranomu, memarı Şeyx Bəhaəddin Amili tərəfindən həyata keçirilir. Bu barədə məşhur Azərbaycan şairi və tarixçisi Abbasqulu ağa Bakıxanov da özünün "Gülüstani-İrəm" əsərində məlumat verir.

1606-cı ildə tikintisi başa çatan ibadət ocağı dəqiq riyazi hesablamalar əsasında tikilib. Tikintidə yumurta ağı ilə gil-əhəng qatışığından,üyüdülmüş daş kömür və qırmızı kərpicdən istifadə edilib. Divarların qalınlığı 1 metrdən 3 metrə qədər dəyişir. Məscidin hər küncündə 3 hücrə, ümumilikdə isə 12 hücrə var ki, bu da 12 İmamı simvolizə edir. Tikili dərin özüllər üzərində qurulduğundan, şəhərdə 1826-1938-ci illər arasında baş verən 10 zəlzələ zamanı heç bir ziyan görməyib. Məscidin qərb divarında yerdən iki metr hündürlükdə balıq formasında kərpic çıxıntısı var ki, günəş zenit nöqtədə olanda bu çıxıntıdan düşən kölgə itir. Bununla memar günorta namazının vaxtının gəldiyini göstərmək istəyib. Məscidin digər özəlliklərindən biri də onun içərisindəki özü-özlüyündə bir sənət nümunəsi olan minbərdir. Minbər bir mismar belə işlənmədən palıd ağacından şəbəkə üsuli ilə hazırlanıb. Onun yaşının məscidlə eyni olduğu söylənilir. Minbərin üzərinə həkk edilmiş iki sətir yazıda onun 1897-ci ildə Gəncə hakimi Ziyadoğlu tərəfindən təmir edildiyi yazılıb. 1776-cı ildə məscdin qarşısında əlavə olaraq qoşa minarələr tikilib. 1920-ci ildə Gəncə üsyanı zamanı bolşeviklər tərəfindən şəhərə və ətrafa atılan mərmilərin təsirindən minarələrin biri əyilib. Həmin il Gəncə şəhər Xeyriyyə Cəmiyyəti tərəfindən bərpa işləri aparılsa da, əyilmiş minarəni tam bərpa etmək mümkün olmayıb.

O vaxt bir kompleks halında olan əraziyə giriş məhz bu minarələrin arasından olub. Divarlar arasında məscid, mədrəsə, kitabxana, hücrələr, hamam və Ziyadoğlu nəslindən olan şəxslərin dəfn edildiyi ərazi yerləşib. Sonradan sovet dövründə aparılan rekonstruksiya işləri nəticəsində mədrəsə və hücrələr kimi bu qəbiristanlıq da ləğv edilib. Yalnız Cavad xanın qəbri burda saxlanılıb. Sovetlər dönəmində məscid öz fəaliyətini 1961-ci ilədək davam etdirib. Həmin il "məscid yaxınlıqda yerləşən institutun fəaliyyətinə təsir gösrərir" bəhanəsilə aktlaşdırılaraq bağlanıb. Sonradan ibadət evi xalçaçılıq muzeyi kimi fəaliyyət göstərib. Minarələr olan binada yerləşən hücrələr isə rəsm qalereyası kimi istifadə edilib. Azərbaycan müstəqillik əldə etdikdən sonra Şah Abbas məscidi bərpa edilib və bu gün də öz fəaliyyətini davam etdirir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.08.2019
Sehirli səsi ilə tarixə düşən dünya şöhrətli azərbaycanlı
14.08.2019
Hökümə Qurbanovanın sevdiyi, Adil İsgəndərovun qibtə etdiyi böyük adam – PORTRET
24.07.2019
Akademik Milli Dram Teatrının 100 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
22.07.2019
Yalçın Rzazadə: "İki gün də geciksəydim, ölə bilərdim"
18.07.2019
"Çölçü" ABŞ-da və İtaliyada ən yaxşı film seçildi