Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6481

Digər sorğular

300 manata onlayn fala baxan, gözə görünməyən ismi-pünhan - VİDEO

02:13  |    24 Fevral 2017  |   E-mail  |  Çapa göndər


Cadu dərin olduğu halda qiymət də artır

Falçılar indi də sosial şəbəkələrdə baxıcılıq edir. Hətta üzləri görünməyən belə kələkbazlara xeyli miqdarda pul ödəyib “xidmətlər”inin qurbanına çevrilənlər də var.

Xezerxeber.az məlumat verir ki, "baxıcı ghofri" təxəllüsü ilə instaqram sosial şəbəkəsində məşhurlaşan şəxsin 12 minə yaxın izləyəni var. Onlardan birinin vatsap nömrəmizə daxil olan şikayəti əsasında məsələni araşdırmağa başladıq. Həyat yoldaşı ilə problemləri olan qadın kimi onun “istedadına” ehtiyacımız olduğunu bildirdik.

Az məlumatdan sonra cadu edildiyini və düyünü açmadığı təqdirdə münasibətin boşanma ilə yekunlaşacağını dedi. Bu yaxşılığının bizə 300 manata başa gələcəyini açıqladı.

Özünü Naxçıvanda yaşayan şəxs kimi qələmə verən falçı, münasibət irəlilədikcə qiymətlərini açıqladı. Sosial problemlərlə bağlı onlayn falına baxdıran şəxs 30 manatından, cadunu pozdurmaq istəyən isə 300 manatından keçməlidir. Cadu dərin olduğu halda qiymət də artır. Subay qızların falına isə 50 manata baxır.

O, bu işi o qədər irəlilədib ki, hətta bankda hesab nömrəsi də açdırıb. Özünü sığortalamaq üçün hesaba pul yatmadan heç kimin falına baxmır. Ödəniş qəbzinin şəkilini ona göndərdikdən sonra cəfəngiyatlarını və boş praqnozlarını yazmağa başlayır.

Türkiyədən, İrandan, Rusiyadan daimi müştərilərinin olduğunu deyən şəxs, özünə heç bir falçını rəqib görmür. İctimai qınaq olduğundan falçılığın onlayn formada həyata keçirməyin daha təhlükəsiz olduğunu deyir.

Baxmayaraq ki, nə kimliyini açıqlayır, nə də üzünü göstərir. 12 minə yaxın izləyici varsa, deməli, kifayət qədər ona inanan və “xidmətindən” istifadə edənlər var.

Teoloqlar insanların aldadılması, hislərinin şantaj edilməsi, insanı haqq yolundan uzaqlaşdıran hər növ metod, üslubun din müstəvisində qəbul edilmədiyini bildirirlər.

Ancaq müasir rabitə vasitələrindən istifadə edən belə insanların fəaliyyəti təkcə dini zəmində qəbuledilməz deyil. Gələcəyi gördüyünü iddia edən şəxsin saxta profillə müraciət etdiyimizi anlamaması da onun dələduzdan başqası olmadığını göstərir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.09.2019
Sabah Azərbaycanda 28 dərəcə isti olacaq
23.09.2019
Mənzil fırıldağına məruz qalan Qarabağ qazisi kömək istəyir
23.09.2019
Azərbaycana payız fəsli daxil olub
23.09.2019
Tovuz, Tərtər və Lökbatanda qaz olmayacaq
23.09.2019
Vurğun Əyyubun səhhəti ilə bağlı son durum