Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6709

Digər sorğular

2030-cu ilədək orta ömür müddəti ilk dəfə 90 ili ötəcək

17:10  |    22 Fevral 2017  |   E-mail  |  Çapa göndər

Cənubi Koreya qadınların orta ömür müddətinin 90 ili ötəcəyi dünyada ilk ölkə olacaq.

"Report" BBC-yə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı və London İmperial Kollecinin alimlərinin araşdırmasına görə, bu hal 2030-cu ildə baş verəcək.
Araşdırmaya görə, 2030-cu ilə qədər digər inkişaf etmiş ölkələrdə də qadınlar kifayət qədər uzun müddət yaşayacaq, amma onlar bu göstəricidə Cənubi Koreyaya çata bilməyəcəklər. Yaponiya, Fransa, İspaniya və İsveçrədə qadınların orta ömür müddəti 88 ilə çatacaq.

Kişilər isə 2030-cu ilə qədər Cənubi Koreya, Avstraliya və İsveçrədə daha uzunömürlü olacaq. Alimlərin proqnozlarına görə, bu ölkələrdə gözlənilən orta ömür müddəti 84 il təşkil edəcək.

Qeyd edək ki, alimlər Cənubi Koreyada orta ömür müddətinin artmasını iqtisadi vəziyyətin yaxşılaşdırılması ilə bağlayır: uşaqlar daha yaxşı qidalanır, əhalinin səhiyyə xidmətlərinə və son tibbi texnologiyalara çıxışı yaranıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.02.2020
Ermənistan da koronavirusa görə İranla sərhədini bağladı
23.02.2020
İranda daha bir güclü zәlzәlә oldu
23.02.2020
İranda yenə zəlzələ baş verdi
23.02.2020
Türkiyə İranla sərhədini bağladı
23.02.2020
İranda koronavirusdan ölənlərin sayı bir neçə dəfə artdı