Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6699

Digər sorğular

Mosulda terakt törədən kamikadze Quantanamo məhbusu olubmuş

14:28  |    22 Fevral 2017  |   E-mail  |  Çapa göndər

İraqın Mosul şəhəri yaxınlığında İŞİD adından partlayış törədən terrorçu-kamikadzenin əvvəllər Quantanamo məhbusu olmuş və Camal əl-Harit adı ilə tanınan Böyük Britaniya vətəndaşı Ronald Fiddler olduğu müəyyənləşib.

APA-nın “Telegraph”a istinadən verdiyi xəbərə görə, 50 yaşlı Camal əl-Harit fevralın 20-də Mosul yaxınlığında yerləşən hərbi bazanın qarşısında minalanmış avtomobili özü ilə birlikdə partladıb. Məlumata görə, Camal əl-Harit 2004-cü ildə “Quantanamo” həbsxanasından azad edilərək vətənində göndərilib. Bir müddət sonra Camal əl-Harit məhbus olduğu dövrdə çəkdiyi əzaba görə Britaniya hökumətindən 1 mln. funt sterlinq kompensasiya almağa müvəffəq olu.

Əbu-Zəkəriyyə əl-Britani təxəllüsü ilə də tanınan Camal əl-Harit İŞİD terror qruplaşmasına qatılmaq üçün 2014-cü ildə Türkiyə üzərindən Suriyaya keçib. Məlumata görə, əl-Harit Britaniya hökumətindən aldığı kompensasiyanı qruplaşmaya verib.

Amerikalı hərbçilər tərəfindən 2001-ci ildə Pakistanda saxlanılmış Camal əl-Harit bir il sonra “Quantanamo” həbsxanasına köçürülüb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.02.2020
Livanda Süleymaniyə abidə qoyuldu - Foto - Video
17.02.2020
Hərbi təyyarənin raketlə vurulma anı - ANBAAN VİDEO
17.02.2020
Rusiyanın Türkiyədəki səfiri yenə hədələndi, təhlükəsizliyi gücləndirildi
17.02.2020
Avropa Birliyi öz qurduğu tələyə düşdü - Puşkov
16.02.2020
Türk əsgərlərinə ruslar hücum edib? - Sensasion iddia