Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6474

Digər sorğular

Türkiyənin İrana yerini göstərməsi Azərbaycanın xeyrinədir” — Politoloq rəyi

03:58  |    22 Fevral 2017  |   E-mail  |  Çapa göndər


Son zamanlar Türkiyə İran münasibətləri gərginləşməkdədir. Türkiyə Xarici İşlər Nazirliyinin təmsilçisi Hüseyin Müftüoğlu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımini tənqid edib. Onun sözlərinə görə, İran regionda yürütdüyü siyasəti düzgün deyil.

“İran düzgün siyasət yürütmür. Onu tənqid edən ölkələrin məsləhətlərinə qulaq asıb, siyasətindəki səhvləri düzəltmək əvəzinə, qonşu ölkələrə şər atır. İranın bu səhv siyasətdən dönəcəyini və düzgün addımlar atacağını gözləyirik”, - deyə Hüseyin Müftüoğlu bildirb.

Məsələ ilə əlaqədar siyasətçilər düşünürlər ki, iki dövlət arasında yaranmış problemlər getdikcə dərinləşir. Politoloq İlqar Altay Ölkə.Az-a açıqlamasında bildirib ki, İranla Türkiyə arasında gərginliyin gəlib bu həddə çıxması gözlənilən hadisə idi. Onun sözlərinə görə, bu gərginlik getdikcə artacaq.

“Arada iki ölklənin maraqları qısa müddətdə üst-üstə düşdü və Rusiya vasitəsilə onlar bir araya gələ bildilər. Lakin iki ölkənin əlaqələrinn kökündə problemlrə var. İdeologiya, ümummilli mənafe məsələsində İran və Türkiyə arasında böyük fərqlər var. İran sakit dayanmır. Problemləri və dünyada hörməti olmayan ölkədir. Dünya ölkələrilə münasibətləri pisləşdirir. Başlayıq şiəlik məshəbi adından sui istifadə etməklə, təxribatlar törətməklə, özünə oxşar ölkələr yaratmaq siyasəti yürüdür. əslində bu siyasəti SSRİ dövləti aparırdı. İranda eyni syasət aparmaq istəyir. Nə ideologiyadır, heç İran rəhbərliyi də bunu bilmir”, - deyə İlqar Altay bildirib.

Politoloq deyir ki, İranla Türkiyə arasında münasibətlərin gərginləşməsində Suriya probleminin həlli zamanı yaranan ziddiyyətli fikirlər əsas səbəb olub:

“Suriya məsələsində Rusiya, Türkiyə və ABŞ İranı kənarlaşdırdı. İran terrorçu dövlət hesab olunur. Terroru yayan ölkə hesab edilir. Türkiyə hökuməti Suriyada müxalifəti dəstəkləyir. İran isə Bəşər Əsədi dəstəkləyir. Bu baxımdan da toqquşma oldu. Toqquşma nəticəsində də münasibətlər daah da kəskin pisləşməyə doğru gedir. Bir müddət sonra iki dövlət arasında münasibətlrə daha da kəskin pisləşəcək”.

İki qonşu ölkənin münasibətlərinin pisləşməsində Azərbaycan tərəfinə yaranacaq problemə gəlincə, İlqar Altay bu məsələyə optimist yanaşır:

“İran ilə Türkiyə arasında yaranan problemdə Azərbaycana geosiyasi baxımdan heç bir zərəri yoxdur. İki qonşu dövlətlər bir-birilə münasibətləri həll edirlər. İran Suriyada özünə uyğun qüvvə qurursa, Azərbaycanda da maraqları açıqdır. Bu baxımdan Türkiyə İranı yerində oturdacaq. Türkiyənin arxası güclüdür. İranın həmişə arxalandığı Rusiya indi Türkiyənin yanındadır. Türkiyə də öz növbəsində gücünü göstərəcək və İranı yerində oturdacaq. Bu Azərbaycanın da xeyrinə olacaq”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
Gürcüstanın müstəqilliyi sona çata bilər - Saakaşvili
17.09.2019
Neft zavodları İran istehsalı silahlarla vurulub - İDDİA
17.09.2019
İran necə cəzalandırılacaq? – ABŞ-ın ssenarisi
16.09.2019
Türkiyə, Rusiya və İran prezidentlərinin Ankarada Suriya Zirvə görüşü keçirilib - VİDEO
16.09.2019
Həsən Ruhani Ermənistana səfər edəcək