Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6701

Digər sorğular

Rusiyada insanları girov götürmüş erməni əsilli biznesmenin həbs müddəti uzadılıb

00:47  |    22 Fevral 2017  |   E-mail  |  Çapa göndər


Moskvada bir neçə şəxsi girov götürmüş Aram Petrosyanın həbs müddəti uzadılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, məhkəmənin qərarına əsasən, A. Petrosyan aprelin 24-dək həbsdə qalacaq.

Bu müddətədək kompleks psixoloji-psixiatrik və psixoloji-linqvistik ekspertizaların nəticələri, habelə əməliyyat-axtarış tədbirlərinin görülməsinə dair tapşırıqlar alınmalıdır və yekun ittiham aktı elan edilməlidir. A. Petrosyan barəsində qərarın ev dustaqlığı ilə əvəz olunması üçün hakimə müraciət edib.

Qeyd edək ki, A. Petrosyan insanları girov götürməkdə və terrorçuluqda ittiham olunur. İstintaq onun psixoloji vəziyyətini müəyyənləşdirmək üçün ekspertiza təyin edib. İlk ambulator ekspertiza onun anlaqlı olduğunu müəyyən edib.

Xatırladaq ki, 2016-cı ilin avqustunda A. Petrosyan “Sitibank”a daxil olaraq 4 nəfəri girov götürüb. Sonra girovları azad edən erməni əsilli iş adamı hüquq-mühafizə orqanlarına təslim olub. Onun üzərindəki paketin partlayıcı qurğu olmadığı müəyyən edilib. A. Petrosyanın sözlərinə görə, öz addımı ilə o, diqqəti müflis olan sahibkarların problemlərinə yönəltmək istəyib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.02.2020
Azərbaycan mahnısı Özbəkistanda trendə çevrildi – Video
18.02.2020
Valentina Matviyenko: Rusiya Suriyada Türkiyə ilə əməkdaşlığı davam etdirəcək
18.02.2020
İrana daha bir ağır zərbə - Babolhani öldürüldü
18.02.2020
Donbasda müharibə alovlandı: Kiyev BMT-yə müraciət etdi
18.02.2020
Ukraynanın şərqində ağır döyüşlər gedir