Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

İsrailin Terrora qarşı Mübarizə Bürosu “Hapoel” azarkeşlərini Türkiyəyə getməməyə çağırıb

21:23  |    21 Fevral 2017  |   E-mail  |  Çapa göndər

İsrailin Terrora qarşı Mübarizə Bürosu Beer-Şeva şəhərini təmsil edən "Hapoel" komandasının azarkeşlərinə xəbərdarlıq edib.

"Report"un məlumatına görə, dövlət qurumu "Hapoel" fanatlarını “Beşiktaş”la Avropa Liqasının 1/16 final mərhələsinin cavab görüşü üçün Türkiyəyə getməməyə çağırıb.
Səbəb kimi İstanbulun Dolmabahçe məhəlləsindəki "Wodafone Arena" yaxınlığında bir neçə ay öncə baş vermiş partlayış və ölkədəki digər terror olayları göstərilib.

Terrora qarşı mübarizə bürosunun Türkiyə ilə bağlı yenilənmiş səyahət xəbərdarlığında xarici ölkələr təhlükəlilik dərəcəsinə görə 5 kateqoriyaya bölünüb. Türkiyə "yüksək dərəcədə təhlükəli ölkələr" kateqoriyasında yer alıb. Açıqlamada hazırda Türkiyədə olan İsrail vətəndaşlarından izdihamlı yerlərdən uzaq qalmaları istənilib.

Bununla belə, "qırmızı-ağlar"ın az sayda azarkeşinin oyuna yollanacağı gözlənilir.
Qeyd edək ki, "Beşiktaş"la "Hapoel" arasındakı 1/16 final mərhələsinin cavab görüşü fevralın 23-də keçiriləcək. İlk oyunda Türkiyə təmsilçisi qələbə qazanıb - 3:1.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Putin Paşinyanın görüş təklifini rədd etdi
19.09.2019
Putinin Ər-Riyada S-400 təklifi: “Patriot”u ələ saldı?
19.09.2019
Ermənistanda hərbçi anaları etiraz aksiyası keçirir
19.09.2019
“Patriot” Səudiyyəyə hücum edən dronları niyə vura bilmədi?
19.09.2019
Ermənistanda şok sənəd yayıldı: Nikol Paşinyan dəlixanada yatıb