Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6776

Digər sorğular

ABŞ-da Trampa “Prezidentlər günü”ndə də etiraz etdilər

18:12  |    21 Fevral 2017  |   E-mail  |  Çapa göndər

Fevralın 20-də Birləşmiş Ştatlarda “Prezidentlər Günü” bayram kimi qeyd edilir. Dünən də ölkənin bir neçə şəhərində prezident Donald Trampın əleyhinə etiraz aksiyaları keçirilib.


Los-Anceles, Çikaqo və Nyu-York şəhərlərində “Bu, mənim prezidentimin günü deyil” adlı kütləvi aksiya keçirilib. Kampaniyanın təşkilatçılarının planlarına uyğun olaraq, nümayişçilər prezidentin “cəfəng” fərmanlarına, qadınların reproduktiv hüquqlarına, immiqrasiya və qlobal istiləşmə probleminə münasibətdə Trampın yürütdüyü siyasətə etirazlarını bildiriblər.

Xatırladaq ki, Manhettenin mərkəzindəki “Tayms-skver”də isə Donald Trampın immiqrasiya siyasətinə qarşı “Bu gün mən də müsəlmanam” şüarı altında etiraz aksiyası keçirilib. Ekspertlər bu aksiyaları Trampın inauqurasiya mərasimindən bir gün sonra keçirilmiş “Qadınların yürüşü” zamanı başlanan etiraz aksiyaları seriyasının davamı adlandırıblar.(AzərTAc)
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.03.2020
Koronavirus Benyamin Netanyahunu hakimiyyətdə saxladı
28.03.2020
Koronavirusa qarşı peyvənd bu tarixdə hazır olacaq - RƏSMİ
28.03.2020
Koronavirusla bağlı son STATİSTİKA - Ölənlərin sayı...
28.03.2020
ABŞ tarixindəki ən böyük iqtisadi yardım paketi təsdiqləndi: Hər vətəndaşa...
28.03.2020
Koronavirusun episentrində həyat normallaşır: Metro da işləyir...