Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6709

Digər sorğular

Azərbaycanlılar Türkiyədə ağır qəzaya düşdü: 8 ÖLÜ, 30 YARALI

18:22  |    20 Fevral 2017  |   E-mail  |  Çapa göndər

İğdır-Naxçıvan avtomobil yolunda iki sərnişin avtobusu toqquşub.

Türkiyə mətbuatı xəbər verir ki, qəza Türkiyənin Azərbaycanla yeganə gömrük qapısı olan Dilucu sərhəd keçid məntəqəsinin yaxınlığında baş verib. Qəza nəticəsində 8 nəfər ölüb, 20 nəfər yaralanıb.


Hadisə yerinə çox sayda təcili tibbi yardım maşını və jandarm cəlb edilib. İğdır Valisi Əhməd Turgay Qəhrəman hadisə yerinə gəlib. Hazırda qəza nəticəsində nəqliyyat vasitələrində sıxılıb qalan yaralıların azad olunması istiqamətində işlər aparılır. Qəzaya səbəb yolun dumanlı olması göstərilir.

Azərbaycanın Qarsdakı Baş konsulluğundan azvision.az-a verilən məlumata görə, ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları da var.

Türkiyə parlamentinin İğdır vilayətindən olan deputatı Nurəddin Aras isə deyib ki, qəza nəticəsində ölən 8 nəfərdən 4-ü Azərbaycan vətəndaşıdır.

Virtualaz.org-un məlumatına görə, Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də qəzada ümumilikdə 8 nəfərin öldüyünü bildirib: “Onlardan neçəsinin Azərbaycan vətəndaşı olması Türkiyənin müvafiq orqanları ilə dəqiqləşdirilir. Hazırda Azərbaycanın Qarsdakı baş konsulu və konsulluğun əməkdaşları Türkiyənin müvafiq orqanları ilə əlaqəli şəkildə yaralılara dəstək və yardım göstərirlər. Baş konsul özü də xəstəxanadadır”.

H.Hacıyev onu da bildirib ki, Naxçıvan yolunda baş verən qəzada yaralananlar arasında ümumilikdə 26 Azərbaycan vətəndaşı var.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.02.2020
Ermənistan da koronavirusa görə İranla sərhədini bağladı
23.02.2020
İranda daha bir güclü zәlzәlә oldu
23.02.2020
İranda yenə zəlzələ baş verdi
23.02.2020
Türkiyə İranla sərhədini bağladı
23.02.2020
İranda koronavirusdan ölənlərin sayı bir neçə dəfə artdı