Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6698

Digər sorğular

Londonda daşınmaz əmlak qiymətləri 6 illik minimuma enib

17:10  |    20 Fevral 2017  |   E-mail  |  Çapa göndər

Londonda daşınmaz əmlak qiymətləri son 6 ilin minimal səviyyəsinə düşüb.

"Report" "Rambler News Service" portalına istinadən xəbər verir ki, bu barədə İngiltərənin "Rightmove" saytının təhlillərində deyilir. Təhlil hesabatına əsasən, buna səbəb son illər ərzində kəskin artım göstərən daşınmaz əmlak qiymətləri və "Brexit" prosesi olub.

Sənəddə qeyd olunur ki, fevral ayında daşınmaz əmlak qiymətləri illik müqayisədə 0,4% azalma göstərib. Yanvarda isə 2,9% artım qeydə alınıb. Rəqəmlər daşınmaz əmlak qiymətlərində artım tempinin 2009-cu ilin durğunluq dövründən sonra ən aşağı həddə endiyini göstərir. Qeyd edək ki, təhlillər funt sterlinqdə aparılıb və bu pul vahidinin son dövrlərdəki kəskin devalvasiyası nəzərə alınmayıb.

"Rightmove"un baş direktoru Mayls Şipsayd (Miles Shipside) hesabatın nəticələrini şərh edərkən bildirib ki, böyük ehtimalla, B.Britaniya satıcıların təklif etdiyi qiyməti alıcıların ödəyə bilmədiyi və ya ödəmək istəmədiyi bir dövrə yaxınlaşıb: "Kreditləşmə şərtlərinin ağırlaşması, "Brexit" prosesi və həyat şəraitinin pisləşməsi qiymətlərin azalmasının əsas səbəbləri olub".

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində Londonun Seynt Ceyms,78 ünvanında yerləşən və dəyəri 177,350 mln. funt sterlinq (285,550 mln. ABŞ dolları) təşkil edən ofis kompleksi (investisiya prosesi 2012-ci ilin dekabr ayında başa çatdırılıb) yer alır. Xatırladaq ki, hazırda bu investisiyanın dollar ekvivalentində dəyəri 220,0 mln. dollara bərabərdir. Belə ki, 2012-ci ildə adı çəkilən ofis kompleksi 1,61 USD/GBP məzənnəsi ilə alındığı halda, hazırda məzənnə 1,24 USD/GBP təşkil edir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.02.2020
Türk əsgərlərinə ruslar hücum edib? - Sensasion iddia
16.02.2020
ABŞ-ın Bağdaddakı səfirliyi raket hücumuna məruz qaldı - FOTO
16.02.2020
Ərdoğan növbəti hərbi qiyamdan danışdı
16.02.2020
Erməni yazıçısı Paşinyanı rüsvay etdi: “Ayıb olsun!”
15.02.2020
Bu qarşıdurma Rusiyanı narahat edir - Ərdoğan