Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6888

Digər sorğular

“Qərar dəyişməyəcək“ - AFFA İntizam Komitəsi

01:32  |    17 Aprel 2015  |   E-mail  |  Çapa göndər

AFFA İntizam Komitəsi "Neftçi" klubunun futbolçusu Karlos Kardozo barədə çıxarılan qərarla əlaqədar Klublar Komitəsinin ünvanladığı etiraz məktubuna baxmayacaq.

Qol.Az-ın "Report" agentliyinə istinadən yaydığı xəbərə görə, bu barədə İntizam Komitəsinin üzvü Məlik Həsənov məlumat verib.

O bildirib ki, artıq qərar verilib və dəyişdirilməsi qeyri-mümkündür:
"İntizam Komitəsi müstəqil qurumdur, qərar qəbul edib ki, Kardozoya kəsilən 3 matçlıq cəzanın 2 oyunluq hissəsi şərti olsun. Axı bu qərarı necə dəyişdirmək olar? Ötən gün Klublar Komitəsinin iclasına getdim, iştirak etdim, fikirləri dinlədim və mövqeyimi səsləndirdim. Qərarın dəyişdirilməsindən söhbət gedə bilməz".

Qeyd edək ki, klublar AFFA İntizam Komitəsinin analoji cəzaya məruz qalan Rəşad Abdullayevlə bağlı qərarı qüvvədə saxladıqları halda, "Neftçi"nin müraciəti olmadan Karlos Kardozoya şərti cəzanın kəsilməsindən narazıdırlar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Operativ Qərargah idman zallarının açılmamasına aydınlıq gətirib
29.05.2020
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi, amma...
27.05.2020
Ukrayna çempionu intihar etdi
26.05.2020
Həbib Nurməhəmmədov koronavirus testindən imtina etdi
22.05.2020
Kamil Zeynallı azadlığa çıxdı