Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6574

Digər sorğular

Aleksandr Kvasnevski Azərbaycana gəlir

22:06  |    16 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Polşanın eks-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Aleksandr Kvasnevski III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün Azərbaycana gələcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA – ya verilən məlumata görə, polşalı dövlət xadimi Forumun “Avropa Birliyi və onun qonşuluq siyasəti” mövzusuna həsr olunmuş panel iclasında çıxış edəcək.

1995-ci ildən 2005-cii ilədək ölkəsinə 10 il rəhbərlik etmiş Aleksandr Kvasnevski hazırda Corctaun universitetində müasir Avropa siyasəti, transatlantik münasibətlər, Mərkəzi və Şərqi Avropanın demokratikləşməsi mövzularını tədris edir. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən aprelin 27-30-da Bakıda təşkil ediləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda Qırğızıstan Prezidenti Almazbek Atambayev, Makedoniya Prezidenti George İvanov, Bolqarıstan Prezidenti Roşen Plevneliyev, Andorranın Baş naziri Antoni Marti də daxil olmaqla 10-dan çox ölkənin hazırkı prezident, baş nazir və xarici işlər nazirinin iştirakı planlaşdırılır.

Beynəlxalq forumda həmçinin, bır sıra ölkələrin sabiq dövlət və hökumət başçıları, siyasi xadimlər, elm adamları və ekspertlərin - ümumilikdə 75 ölkədən 350-yə yaxın nümayəndənin iştirakı nəzərdə tutulub. “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunan III Forumda dünyanı narahat edən məsələlər – etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və bir sıra qlobal problemlərə dair geniş fikir mübadiləsi aparılacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?
21.11.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21.11.2019
Azərbaycan XİN Nikol Paşinyanın Milandakı çıxışına münasibət bildirib
21.11.2019
Sofiyada ermənilərin daha bir təxribatının qarşısı alınıb
21.11.2019
"Ata Abdullayevi ora göndərənlər Azərbaycanın nüfuzuna böyük zərbə vurdular"