Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6706

Digər sorğular

İpoteka kreditləri üzrə güzəştlər kimlərə aiddir?

21:02  |    16 Aprel 2015  |   E-mail  |  Çapa göndər

İpoteka kreditlərinə tələbatı nəzərə alaraq “DəmirBank” həm öz vəsaiti hesabına, həm də Dövlət proqramı çərçivəsində Azərbaycan İpoteka Fondunun (AİF) vəsaiti hesabına əhaliyə adi və sosial ipoteka kreditləri təklif edir.

“DəmirBank”dan Axar.az-a daxil olan məlumatda bildirilir ki, dövlət proqramı çərçivəsində verilən ipoteka kreditinin şərtlərinə əsasən adi ipoteka krediti 25 il müddətinə illik 8% dərəcəsi ilə, sosial ipoteka krediti isə 30 il müddətinə illik 4% dərəcəsi ilə verilir. Sosial ipoteka krediti digər ipoteka kreditindən yalnız faiz dərəcəsi ilə deyil, həm də müəyyən şəxslərin bu kreditdən faydalana bilməsi ilə fərqlənir.

Belə ki, sosial-güzəştli ipoteka kreditindən şəhid ailələrinin üzvləri, milli qəhrəmanlar (özü və ailəsi), məcburi köçkünlər və ya ona bərabər tutulan şəxslər, üç ildən az olmayan müddətdə dövlət qulluqçusu kimi işləyənlər, elmlər namizədi və ya doktoru elmi dərəcəsi olanlar, idman sahəsində xüsusi xidmətləri olan şəxslər yararlana bilərlər.

Bankın bildirişinə görə, bununla yanaşı, 3 ildən az olmayan müddətdə hərbi xidmətdə olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçularından başqa) da ipoteka kreditləri üzrə güzəştlərdən istifadə edə bilərlər.

Qeyd edək ki, ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan hər bir ailənin (şəxsin) bu güzəştlərdən yalnız bir dəfə yararlanması mümkündür.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.02.2020
Yeni şəffaf sayğac qutuları quraşdırılacaq
21.02.2020
Prezident Romada Azərbaycan-İtaliya biznes forumunda iştirak edib
09.02.2020
Nazir:“Biz aldığımızdan daha çox ödəyirik”
06.02.2020
Əmək pensiyaları indeksləşdirildi
28.01.2020
Çindən Azərbaycana bir sıra məhsulların gətirilməsi qadağan olunub