Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7006

Digər sorğular

“Neft Daşları“ və dünyada ilk dəfə

20:05  |    16 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Layihənin tam həyata keçirilməsinə 3 il vaxt sərf olunacaq.

Sosial “Neft Daşları”nda dünyada ilk külək stansiyası inşa ediləcək. Bunun üçün estakadalar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) texniki bazası hesabına qurulacaq. Sonra isə estakadalara birləşdiriləcək platformalarda külək stansiyaları qurulacaq. Estakada vasitəsilə stansiya qurulması dünya təcrübəsində yoxdur.

ANS PRESS-in məlumatına görə, azərtac xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədri Akim Bədəlov jurnalistlərə müsahibəsində məlumat verib. A.Bədəlov deyib ki, layihənin dəyəri 450 milyon manat civarında hesablanıb. Layihə üç hissədən - külək stansiyalarının qurulması, estakada yolunun çəkilişi və enerjinin ötürülməsi üçün yeni şəbəkənin yaradılmasından ibarətdir.

2016-cı ildə layihənin ümumi məsələləri yekunlaşacaq. 2017-2018-ci illərdə isə tikinti işlərinə başlanılacaq və layihənin tam həyata keçirilməsinə 3 il vaxt sərf olunacaq.

Layihə ilə bağlı müvafiq qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılıb. Hazırda layihənin texniki-iqtısadi əsaslandırılması yekunlaşıb. Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi ilə razılaşdırıldıqdan sonra layihə yaxın günlərdə Nazirlər Kabinetinə təqdim olunacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.08.2020
Azərbaycanda əməkhaqqı artıb - RƏSMİ
12.08.2020
Prezident dövlət büdcəsi haqqında qanuna dəyişikliyi təsdiqlədi
12.08.2020
190 manat almaq üçün 278 min şəxsin siyahısı artıq aidiyyatı banklara göndərilib
12.08.2020
Bu şəxslərə 250 manat yenidən verilməyə başlanıldı - RƏSMİ
12.08.2020
Prezident “Azərsu”ya 756 min manat ayırdı - SƏRƏNCAM