Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6896

Digər sorğular

Rusiyanın Donbasdakı “səhra komandirləri” bir-bir dənlənir... - FOTOLAR, VİDEO

22:58  |    09 Fevral 2017  |   E-mail  |  Çapa göndər


Separatçı Givinin ölümü bir çox sualları özü ilə bərabər gətirib

Xəbər verdiyimiz kimi, Ukraynanın cənub –şərqində gedən müharibənin parlaq personajlarından, 36 yaşlı “polkovnik”, "Givi" ləqəbli Nikita Tolstıx öldürülüb.

Donbaslı separatçı Makeyevkadakı hərbi bazasında oturduğu yerdə “Şmel” markalı odsaçan silahla qətlə yetirilib.

Musavat.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, bir çox ekspertlər Givinin Ukrayna xüsusi xidmət orqanları tərəfindən öldürülməsi versiyasına şübhə ilə yanaşır. Çünki terrorçu batalyon komandirini öldürən silah yalnız Rusiyada istehsal olunur və Ukrayna ordusunun inventarına daxil deyil. Bundan başqa, Givinin rəhbərlik etdiyi “Somali” batalyonunun bazası olduqca yaxşı qorunur. Qatil qurbanının orada olduğunu dəqiq bilərək maneəsiz şəkildə bazanın 50-100 metrliyinə yaxınlaşaraq atəş açıb. Kremlin özündə də Givinin ölümünə olduqca yumşaq reaksiya verilib. Ənənəvi olaraq Kiyevi ittiham etmək əvəzinə münaqişənin dinc yollarla həllinə ümid edildiyi ifadə olunub.
Bütün bunlar Giviyə qarşı törədilən sui-qəsdin arxasında Moskvanın özünün dura biləcəyi versiyaları gücləndirib.

Hazırda hər kəsin dilində olan və Rusiyanın “əfsanə” olaraq göylərə qaldırıb, sonra yerə düşürdüyü iddia edilən Givi əslində kim olub?

Givi Rusiyadan gəlib Donbasda at oynadan digər səhra komandirlərindən fərqli olaraq həqiqətən yerli “məhsul” sayılır. O, Donetsk vilayətinin İlovaysk şəhərində anadan olub və burada böyüyüb. Hərbi bacarıq qabliyyətinə isə nə qədər qəribə olsa da Ukrayna ordusunda yiyələnib.



Givi vaxtilə 4 ay öncə liftdə partladılıb öldürülən “Motorola” ləqəbli Arseni Pavlovla birlikdə Rusiyanın agenti İqor Streklov-Girkinin dəstəsəində, Slavyansk şəhərində Ukrayna ordusuna qarşı döyüşüb.

Girkin Slavyanskı tərk etdikdən sonra Givi və “Motorola” Donetskə yerləşiblər.
Arseni Pavlov iki yüz döyüşçüdən ibarət “Sparta”, Givi isə “Somali” batalyonunu yaradıb.
Rusiyanın Putinpərəst mətbuatı hər iki batalyonun Donetsk ətrafında və Ukrayna ordusu üçün faciəli məğlubiyyətlərdən biri sayılan İlovaysk şəhəri uğrunda gedən döyüşlərdə fərqləndiyini yazır.

Burada Givi özünü əsl “xalq qəhrəmanı” kimi göstərməyi bacarıb.

“Novaya qazeta”nın yazdığına görə, onun müharibənin qızğın vaxtında, artilleriya atəşi altında ədabazlıqla sakitcə siqaret çəkərək döyüşü seyr etdiyi və ya Ukrayna hərbçilərini rabitə vasitəsilə ağır söyüşlərlə təhqir etdiyi kadrlar Rusiya televiziyalarında film kimi dəfələrlə nümayiş olunub.

Lakin elə həmin kadrlarda Givinin dinc əhalinin yaşadığı binanın altında duraraq qorunduğu açıq şəkildə görünürmüş.

Həm Givi, həm də Arseni Pavlov mətbuatın diqqətində olmağı seviblər. Onlar dəfələrlə jurnalistləri döyüş bölgəsinə aparıb, daha sonra çəkilişə görə onlardan pul istəyiblər. Bu mənada Givi Rusiyanın təbliğat ruporu Lifenews kanalı ilə olduqca sərfəli əməkdaşlıq edib.

Hər iki tabor komandiri müharibə vaxtı hərbi əsirlərə qarşı xüsusi amansızlıqları ilə seçiliblər. Donetsk separatçılarının youtube-da yaydığı videolarda Givinin hərbi əsirləri hər kəsin önündə təhqir etdiyi kadrlar yer alıb. “Motorola” isə şəxsən 15 Ukrayna hərbçisini öz əli öldürdüyünü fəxrlə bəyan edirmiş.



“Novaya qazeta” hər iki sərha komandirinin Rusiya televiziyalarında qəsdən şişirdilərək önə çıxarılmasına diqqət çəkir. Onlarla süjet və vieoroliklər Givi və “Motorola”nı qondarma “DNR”-in ən məşhur könüllü dəstə komandirinə və əsas media simalarına çevirib.

“Əgər “Motorola” Komidə maşın yuma işini atıb Ukraynada "faşistlərlə" mübarizə aparmağa gələn rus könüllüsü rolunu oynayırdısa, Givi Rusiya prezidenti Vladimir Putinin ifadə etdiyi kimi yerli “traktorçu və şaxtaçıların” təmsilçisi kimi təqdim olunurdu”, -qəzet yazır.

Mətbuatın yazdığına görə nə “Motorola”, nə də Givi ağır döyüşlərin taleyini həll edən qəhrəman olmayıblar və hər hansı hərbi şücaət də göstərməyiblər.

Givinin könüllülərlə birlikdə İlovayskı götürdüyü barədə sözləri isə şəhəri mühasirəyə alaraq tar-mar edən Rusiyaya məxsus ağır tankların fonunda heç də inandırıcı görünməyib.

Real müharibədə iştirak etmək heç onların vəzifələrinə də daxil olmayıb.

Onların əsas vəzifəsi müharibədə vuruşan, Ukraynanı işğal edən əsl ordunun-Rusiya qoşunlarının mövcudluğunu ört-basdır etməkdən və həmin ordunun qazandığı qələbələrin simalarına çevrilməkdən ibarət olub.



Donetsk ətrafında yarım il davam edən döyüşlər Rusiyada televiziya tamaşaçılarına avtoyuyucu (“Motorola”) və yük maşını sürücüsünün (Givi) faşistlərlə apardığı xalq müharibəsi kimi təqdim olunub.

Donetsk aeroportu işğal edildikdən sonra Givi ekranlardan bir müddət yoxa çıxdı. “Motorola”nın qətlindən sonra isə Givi öz batalyonu olan son komandir sayılırdı. Rusiya yaratdığı oyuncaq respublikalarda daimi əsasda fəaliyyət göstərən hərbi birliklərin qurulması prosesinə başlamışdı. Givinin gedişi ilə Donbasda “xalq müharibəsi” deyilən məzhəkənin başa çatdığını və hərbi monopliyanın tam şəkildə qurulması prosesi başa çatıb.

“Polkovnik” Givinin öldürülməsi əslində Donbasdakı “xalq komandirləri”nin müəammlı ölüm seriyasının növbəti epizodlarından biri kimi qiymətləndirlir.

Hazırda Donbasdakı “rus baharı”nın liderlərindən çox az adam həyatda qalıb.
Demək olar ki bütün səhra komandirləri son iki il ərzində qeyri-döyüş şəraitində o dünyaya göndərilib. Onların bir qismi sui-qəsdlə, digərləri isə “təbii üsullarla” həyata vidalaşıb. Bəziləri isə ümumiyyətlə, Rusiyada itib-batıblar.

Bunlardan öldürülən və ya ölü olaraq tapılan Pavel Dremovu, Aleksey Mozqovoy (“Prizrak” taboru), Armen Baqiryanı (“Baqqi”), Aleksandr Bednov (“Betmen), Pervomaysk şəhərinin “xalq meri” Yevgeni İşşenkonu göstərmək olar.



İşşenko xaric adları çəkilənlərin hamısı Ukrayna vətəndaşıdır.

Sağ qalanlar isə könüllü şəkildə ərazini tərk edib canlarını qurtaranlardı.

Bunlar İqor Strelkov-Girkin, qondarma “DNR”-in birinci rəhbəri Aleksandr Boroday, Kazak ataman rəhbəri Nikolay Kozitsın, Qorlovka şəhərinin “xalq meri” İqor Bezler, və “Vostok” taborunun lideri Aleksandr Xodakovskidir.

Xodakovskidən başqa sağ qalanların hamısı Rusiya vətəndaşıdır....



Musavat.com
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.06.2020
Türkiyə yoluxma sayını bu cür azaltdı
04.06.2020
Liviya ordusu Tripolini tam nəzarətə götürdü
04.06.2020
Çində məktəbin gözətçisi uşaqları bıçaqladı - onlarla yaralı var
04.06.2020
ABŞ-da polisin öldürdüyü Corc Floydla bağlı daha bir məlumat
04.06.2020
Dünyada koronavirusa yoluxanların sayı 6,5 milyonu keçdi - STATİSTİKA