Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6881

Digər sorğular

Keçmiş baş nazirin adı terror siyahısından çıxarıldı

15:04  |    09 Fevral 2017  |   E-mail  |  Çapa göndər

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının İŞİD və "Əl-Qaidə" Sanksiya Komitəsinin fevralın 3-də qəbul edilmiş qərarlarına uyğun olaraq ümumi siyahını yeniləyib.


Lent.az-ın MBNP-ya istinadən məlumatına görə, ümumi siyahı Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən yenilənib.

Sanksiya tətbiq olunan şəxslərin siyahısından çıxarılan Əfqanıstan vətəndaşı Gülbəddin Hikmətyardr. Hikmətyar Əfqanıstanda fəaliyyət göstərən “Hizbi İslam” təşkilatının yaradıcısı və lideri, bu ölkədə silahlı müxalifətə rəhbərlik edən şəxslərdən biri olub. O, 1993-1994 və 1996-cı illərdə Əfqanıstanın baş naziri postunu tutub.

Qeyd edək ki, Ümumi Siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili Siyahısından və Beynəlxalq Siyahısından ibarətdir.



Ümumi Siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (http://www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.05.2020
Moskva əhalisi gəzintiyə qrafiklə çıxacaq
27.05.2020
Ukrayna açıqladı: Qondarma "respublikalar" ləğv ediləcək
27.05.2020
Koronavirus peyvəndinin hazır ola biləcəyi vaxt açıqlandı
27.05.2020
Türkiyədə pandemiya qurbanlarının sayı 4 430-u ötdü
27.05.2020
Köpəkdən vəfa örnəyi: Koronavirusdan ölən sahibini aylarla xəstəxanada gözlədi - FOTO