Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6898

Digər sorğular

“Bu, mənim borcumdur“ – Çingiz Abdullayev

18:42  |    16 Aprel 2015  |   E-mail  |  Çapa göndər

"Azərbaycanda tanınmış futbolçular çox olub. Nazim Süleymanov haqda məlumatım var. Ona həsr olunmuş kitabın təqdimat mərasiminə qatıldım. Bu, mənim borcumdur".

Qol.Az-ın məlumatına görə, bu sözləri Nazim Süleymanovun 50 illik yubileyinə həsr olunmuş “Bitməyən matç” kitabının təqdimatına qatılan “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib.

Nazim Süleymanovla kiçik zarafat edən Ç.Abdullayev ona yeni işində uğurlar arzulayıb: "Elə bilirdim ki, Nazim Süleymanovun da 70 yaşı var. Amma baxıram ki, məndən bir neçə yaş balacadır. Mən ümumiyyətlə, Azərbaycanı bölgələrə ayırmıram.

Amma bir var burada tanınasan, bir də var xaricdə. Nazim Süleymanov Rusiyada oynayıb. Bu kitab rusca da yazılmalıdır, ora göndərməliyik ki, şimal qonşularımız da oxusunlar. Belə əsər yaratdıqları üçün kitabın müəlliflərinə təşəkkür edirəm. Eyni zamanda Süleymanova yeni işində uğurlar arzulayıram".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Ronaldu ilk milyarder futbolçu oldu
05.06.2020
Azərbaycanın yarım milyonunu mənimsəyib
29.05.2020
Operativ Qərargah idman zallarının açılmamasına aydınlıq gətirib
29.05.2020
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi, amma...
27.05.2020
Ukrayna çempionu intihar etdi