Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6562

Digər sorğular

Amerikanın hərbi bazaları Çini “üzük qaşı” kimi əhatəyə alıb

03:58  |    08 Fevral 2017  |   E-mail  |  Çapa göndər


Çin ordusu "DF-16" tipli ballistik raketləri sınaqdan keçirib.

Qaziler.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, bu raketlər ABŞ və Yaponiyanın Asiyadakı hərbi bazalarına təhlükə yarada bilər.

Siyasətçilərin fikrincə bu məsələdə Çinə qarşı heç bir dövlət irad tuta bilməz.

Tanınmış politoloq Zərdüşt Əlizadə Ölkə.Az-a açıqlamasında bildirib ki, BMT nizamnaməsinə görə bütün dövlətlər bərabər hüquqa malikdir. Onun sözlərinə görə. heç kəsə hansı sahədə özünü qorumaq qadağan edilməyib.

“Çin özünü qorumaq üçün lazımı addımlar atır. Çin həmişə qərbin və şərqin imperiya dövlətlərinin hədəfində olub. Vaxtı ilə İngiltərə, Fransa, Yaponiya Çini istismar edib, işğal edib. Həmişə o dövləti əziblər. İndi Çin özünü müdafiə üçün addımlar atır. Heç bir dövlətin buna qarışmağa ixtiyarı yoxdur. Çin heç bir yerdə öz bazasını qurmur. Dünyada 800-dən yuxarı ABŞ bazası var. Çin buna etiraz edib demir ki, bu bazalar təhlükədir. Amerikanın hərbi bazaları Çini “üzük qaşı” kimi əhatəyə alıb. Amerikanın və Yaponiyanın öz maraqlarını ifadə etməsi yanlız şərti addımdır. Çin nə Amerikanı, nə də Yaponiyanı nəzərə alan almayacaq. Çin onlara hücum da edən deyil. Sadəcə indi ona qarşı danışırlar”, - deyə siyasətçi bildirib.

Z.Əlizadənin sözlərinə görə, Amerika və Yaponiya Çinə heç bir hərbi müdaxilə edə bilməzlər:

“Çinə heç barmaqlarını toxundura bilməzlər. Çinə qarşı müdaxilə olarsa, Yaponiya və Amerikaya elə bir ziyan vurar ki, həmin dövlətlər uzun müddət böyük problemlər yaşayarlar. Özünü müdafiə edə bilən dövlətlər beynəlxalq səviyyədə hüquqlarını müdafiə edə bilirlər”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.11.2019
Ərinin ona xəyanət etdiyini oxuduğu romandan anladı: evdəki halı, əlinin tərləməsi...
15.11.2019
İtaliyada boşanan kişilər üçün sığınacaq evləri açıla bilər
15.11.2019
ABŞ Misiri hədələdi: "Rusiyadan qırıcı alınarsa…"
15.11.2019
Rus hərbçiləri ABŞ bazasını nəzarətə götürdü - Video
15.11.2019
"Mühacir alveri ilə bağlı həbs edilməmişəm" - Sabiq ədliyyə işçisi