Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Vladimir Putin “Türk axını“ layihəsinə dair sazişi ratifikasiya edib

03:36  |    08 Fevral 2017  |   E-mail  |  Çapa göndər


Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə ölkəsi arasında inşa ediləcək "Türk axını" qaz borusunun tikintisi ilə bağlı sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, saziş Dövlət Duması tərəfindən yanvarın 20-də, Federasiya Şurası tərəfindən isə fevralın 1-də ratifikasiya edilib.

Xatırladaq ki, tərəflər "Türk axını" layihəsinin reallaşdırılmasına dair hökumətlərarası sazişi oktyabrın 10-da imzalayıb. Sənəd Qara dənizin dibi ilə hər biri 15,75 mlrd. kubmetr ötürmə gücünə malik iki magistral qaz xəttinin tikintisini nəzərdə tutur. Bu xətlərdən biri Türkiyə bazarı, digəri isə ölkə üzərindən keçməklə Avropa ölkələri üçün nəzərdə tutulub. İkinci xəttin inşası Avropanın Rusiya qazında maraqlı olmasından asılı olacaq.

Qeyd edək ki, illik ümumi ötürmə gücünün 63 mlrd. kubmetr olacağı “Türk axını” qaz borusunun tikintisinə dair saziş 2014-cü ildə imzalanıb. Sonradan layihə iki ölkə arasında münasibətlərin pozulması səbəbindən dondurulmuşdur.

Türkiyə parlamentində ötən ilin dekabrın 2-də qəbul edilən anlaşmanı prezident Ərdoğan üç gün sonra imzalamışdı.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
“Pəncə-3”-də yeni mərhələ – Komandos əməliyyata başladı
18.09.2019
Bu iki dövlət Rusiyaya birləşməlidir - Jirinovski
18.09.2019
Putin silah ticarətindən milyardlar qazanır
18.09.2019
Putin onları məhv edəcəyini dedi, Ərdoğan isə... - Kuznetsov
17.09.2019
Gürcüstanın müstəqilliyi sona çata bilər - Saakaşvili