Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

“İranda bəzi qüvvələr münasibətlərin gərginləşməsinə çalışır”

02:37  |    07 Fevral 2017  |   E-mail  |  Çapa göndər


ABŞ və İran arasında münasibətlər getdikcə korlanmaqdadır.

"Ölkə.Az" xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranı bir nömrəli terrorçu dövlət adlandırıb. Prezident Obama iqtidarının Tehranla imzaladığı müqaviləni həyatında gördüyü ən pis müqavilə adlandıraraq tənqid edib. Söhbət Obama administrasiyasının P5+1 ölkələri və İranla imzaladığı nüvə müqaviləsindən gedir. Trampın fikrinə görə, bu müqavilə səbəbsiz yerə imzalanıb.

Rusiya Trampın bir nömrəli terrorçu dövlət dediyi İrana dəstək verib. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, rəsmi Moskva İranı terrorçu dövlət kimi tanımır və münasibətləri inkişaf etdirməyə davam edəcək. Çinin xarici işlər nazirliyi isə ABŞ-ın İrana qarşı sanksiyalarına "üçüncü tərəfin maraqlarını zədələdiyi"-ni deyib və əleyhinə çıxış edib.

Siyasətçilərin fikrincə, Trampın həm İrana, həm digər müsəlman ölkələrinə, eləcə də Avropaya qarşı yürütdüyü bu siyasət Amerikanın ziyanına işləyir. Politoloq Elxan Şahinoğlu Ölkə.Az-a açıqlamasında bildirib ki, Trampın belə qəflətən meydana atılması bu ölkə üçün problemlər gətirə bilər. Onun fikrincə, Tramp Amerikanın tarixində uğursuz siyasəti ilə yadda qalacaq.

“Amerika tarixində elə bir hadisə xatırlamıram ki, andiçmə mərasimindən sonra prezident bu qədər xaus yaratsın. Həm dünyada, həm də öz ölkəsində ona qarşı etirazlar çoxalır. Avropa istiqamətində verdiyi açıqlamalar, NATO-nu tənqid etməsi Avropa ölkələri arasında etirazlara səbəb olur. Avropanı qınayır, Meksikanı tənqid edir. İranı terrorçu dövlət adlandırır. Ukrayna mövzusunda aktibdir.

Barak Obama ilə uzun illər danışıqlar getdi. İran nüvə istehsalından əl çəkdi və razılaşma əldə olundu. Tramp yenə də köhnə illərə qayıdır. Xatırlayırsızsa, 10 il bundan əvvəl bölgədə vəziyyət ağır idi. Amerika İrana Amerika və İsrailin hücum edəcəyindən danışırdı. Azərbaycan səmasından istifadəyə dair İranda şaiyələr yayılırdı. Halbuki belə deyildi”, - deyə E.Şahinoğlu bildirib.

Siyasətçi deyir ki, Tramp yenə də həmin gərgin vəziyyəti geri qaytarmaq istəyir:

“Bu proseslər heç kimin xeyrinə deyil. İran növə çalışmalarını yerinə yetirmirsə, ona qarşı sərt addımlar atmaq olmaz. Bu proses ABŞ Rusiya arasındakı gərginliyi daha da artıra bilər. Düzdür Tramp Rusiyaya və Putinə qarşı mülayim siyasət aparmaq istəyir. Lakin İrana qarşı bu sərtlik Rusiyada siskomfort yaradır. Çünki Rusiya İranla tərəfdaş ölkədir. Tramp verdiyi vədləri görün nə sürətlə yerinə yetirir. Bu səbəbdən də, mümkündür ki, Tramp İrana qarşı sərt siyasətini davam etdirsin. İran vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyub. Başqa sanksiyalar da edilə bilər. Bu da İran Amerika münasibətlərini görginləşdirəcək. Müharibə olacağından danışmaq hələlik tezdir. Çünki İranı nüvə çalışmalarında ittiham edə bilməz. Hələlik terrorçulara dəstəkdə ittiham edir. Bu ittihamlara görə İrana hərbi müdaxilə edə bilməz. Düzdür İsrailin baş naziri Baş naziri Benyamin Netanyahu Obama ilə ortaq dil tapa bilmədi ki, İrana qarşı sanksiyalar tətbiq etsin. Amma ümid edir ki, Tramp sanksiyaları sərtləşdirəcək”.

Elxan Şahinoğlu ABŞ ilə İran arasında münasibətlərin müharibəyə səbəb olacağına inanmadığını deyir:

“Bu sanksiyaların İranla Amerika arasında yaxud İranla İsrail arasında müharibəyə gətirib çıxaracağı barədə danışmaq hələlik tezdir. Lakin İran da ABŞ-a bəhanələr verdi. Raket sınağını keçirtməklə Trampın mövqeyini gücləndirdi. Sanki İranda da bəzi qüvvələr münasibətlərin gərginləşməsinə çalışırlar”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
“Pəncə-3”-də yeni mərhələ – Komandos əməliyyata başladı
18.09.2019
Bu iki dövlət Rusiyaya birləşməlidir - Jirinovski
18.09.2019
Putin silah ticarətindən milyardlar qazanır
18.09.2019
Putin onları məhv edəcəyini dedi, Ərdoğan isə... - Kuznetsov
17.09.2019
Gürcüstanın müstəqilliyi sona çata bilər - Saakaşvili