Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Ukrayna Azərbaycandan silah istəyir

19:39  |    06 Fevral 2017  |   E-mail  |  Çapa göndər

Tezliklə Ukraynadan Azərbaycana böyük nümayəndə heyəti gələcək və iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələlərinin genişləndirilməsinə dair danışıqlar aparacaq.

Virtualaz.org xəbər verir ki, bunu Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko bildirib. Səfir deyib ki, Ukrayna Azərbaycandan silah və hərbi texnika istəyir.

“Hərbi-texniki əməkdaşlıq bizim əməkdaşlığımızda həmişə başlıca komponentlərdən biri olub. Bu gün artıq biz Azərbaycana hərbi texnikanın bir sıra növlərinin təchizatı ilə bağlı kömək üçün müraciət edirik”-səfir deyib. Diplomat əlavə edib ki, əvvəllər Ukrayna Azərbaycana silah verirdi, indi isə Ukraynanın Azərbaycandan silah və hərbi texnika almasına ehtiyac yaranıb.

Ukraynanın Azərbaycan istehsalı olan hansı silahlara və hərbi texnikaya maraq göstərdiyi hələ məlum deyil. Lakin hazırda Donbassda gedən hərbi əməliyyatları nəzərə alanda təxmin etmək olar ki, Ukrayna ordusunun Azərbaycanın İsraillə birlikdə istehsal etdiyi pilotsuz uçan aparatları, snayper silahlarını, habelə “Motador” və “Morader” tipli zirehli nəqliyyat vasitələrini əldə etməyə marağı var. Ancaq Bakının Kiyevə silah satması Rusiyada nə dərəcədə qıcıq doğura bilər, bunu təxmin etmək lazımdır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
“Pəncə-3”-də yeni mərhələ – Komandos əməliyyata başladı
18.09.2019
Bu iki dövlət Rusiyaya birləşməlidir - Jirinovski
18.09.2019
Putin silah ticarətindən milyardlar qazanır
18.09.2019
Putin onları məhv edəcəyini dedi, Ərdoğan isə... - Kuznetsov
17.09.2019
Gürcüstanın müstəqilliyi sona çata bilər - Saakaşvili