Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6570

Digər sorğular

“Belə hadisə olmayıb”

16:48  |    16 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Əli Həsənov: “Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qərarı ikili standartların nəticəsidir”.

Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərar Avropa qanunvericilik tarixinin ən mənfi təzahürlərindən birini nümayiş etdirdi.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə müsahibəsində deyib.

Əli Həsənov bunun faktiki olaraq hazırda Avropanın mühüm qurumlarında, o cümlədən Avropa Parlamentində və Avropanın təşəbbüsü ilə yaradılan digər beynəlxalq qurumlarda ikili standartların hökm sürdüyünün göstərici olduğunu bildirib.

Prezidentin köməkçisi vurğulayıb ki, neçə illərdir biz yarası hələ sağalmamış Xocalı soyqırımı ilə bağlı dünya, o cümlədən Avropa ölkələrinə real həqiqətləri, ermənilərin son 200 ildə Azərbaycan xalqına qarşı törətdiyi soyqırımını konkret faktlarla çatdırırıq. Amma buna baxmayaraq Avropa ölkələrindən, o cümlədən bu ölkələrin təmsil olunduqları Avropa Parlamenti, Avropa Şurası kimi qurumlardan lazımi, effektli bir qərar ala bilmirik.

Əli Həsənov deyib: “1915-ci ildə isə Türkiyə ərazisində heç bir soyqırımı olmayıb. Sadəcə, müharibə şəraitində orada yaşayan ermənilər türk ordusunun arxasında üsyan qaldırıb, bir sıra şəhər və qəsəbələrdə türklərə qarşı qeyri-insani aksiyalar həyata keçirib. Türk ordusu öz əhalisini müdafiə etmək üçün lazımi tədbirlər görüb”.

Prezidentin köməkçisi vurğulayıb ki, ermənilərin bu və ya digər ərazilərə köçürülməsi də heç bir soyqırımı hadisəsi ilə müşahidə edilməyib. Sadəcə, müharibə dövrünün tələblərinə uyğun həyata keçirilən aksiyalar olub. Bu gün isə həmin reallığı, gerçəkliyi təhrif edərək, heç bir tarixi fakta istinad etmədən, o dövrün arxiv materiallarını araşdırmadan bir qrup siyasətçinin, deputatın bu hadisəyə qiymət verməsi subyektiv mülahizələrə söykənir, anti-müsəlman, anti-türk ovqatından qaynaqlanır. Eyni zamanda, bu, müasir dünyada, xüsusən Avropa məkanında hökm sürən ikili standartların nəticəsidir.

Əli Həsənov bu cür addımların pislənilməli olduğunu bildirərək deyib: Tərəqqipərvər bəşəriyyət bilir ki, belə hadisə olmayıb və bu qərar yalnız ayrı-ayrı dairələrin yürütdüyü siyasətin nəticəsi olaraq meydana çıxıb”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.11.2019
QDİƏT-in iclasında erməni təxribatının qarşısı alınıb
20.11.2019
Azərbaycanın Birinci vitse-prezidenti Rusiyada rəsmi səfərdədir
16.11.2019
Lavrov və sələfləri - onun əvəzlənməsi Azərbaycana fayda gətirərmi?
15.11.2019
Prezident iki rayona 6 milyon manat pul ayırdı
15.11.2019
Prezident İlham Əliyev KAICIID Beynəlxalq Mərkəzinin Baş katibini qəbul edib