Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6898

Digər sorğular

Tuyqun Nadirov: “Çətin dövr yaşayırıq“

15:18  |    16 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Manatın devalvasiyaya uğraması klubların fəaliyyətinə ciddi təsir göstərməyəcək.

Qol.Az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bunu AFFA Klublar Komitəsinin sədri Tuyqun Nadirov deyib.

Onun sözlərinə görə, əcnəbi futbolçularla bağlanılan müqavilərdə konversasiya məsələləri də göstərilib. T.Nadirov bildirib ki, hələ devalvasiyanın olub-olmayacağını bilmədikləri vaxt - 2014-cü ilin dekabrından vitse-prezidenti olduğu "Xəzər Lənkəran" belə hallara hazır olub.

Digər tərəfdən, komitə sədrinin fikrincə, klubların fəaliyyət müddətində xərclədiyi vəsaitin təyinatında heç bir qiymət artımı baş verməyib. O, yanacaq, gündəlik tələbat malları yenə eyni qiymətə satılır. Bu səbəbdən, T.Nadirovun fikrincə, devalvasiya kluba təsir edə bilməz. Lakin komitə rəsmisi klubların xaricdən futbolçu transfer etdikləri vaxt devalvasiyanın təsirinin hiss olunmasını mümkün sayıb.

T.Nadirov Cahangir Hacıyevin Mərkəzi Bankın İdarə Heyəti sədri vəzifəsindən gedişi ilə əlaqədar "İnter" və "Simurq" klublarının dağılma ehtimallarına da münasibət bildirib. O deyib ki, bütün klublara növbəti mövsüm bu iki komandanın hansı vəziyyətdə olacaqları maraqlıdır:

"İnter" və "Simurq" rəhbərliyi gələcəyə çox böyük ümidlə baxırlar. İnanıram ki, gələn mövsüm də eyni tərkibdə çıxış edəcək və Klublar Komitəsinin iclasında təmsil olunacaqlar. Optimist olmaq lazımdır. Çətin dövr yaşayırıq. Gəlin, bununla razılaşaq. Lakin elə etməliyik ki, belə dövrlərdə çətinliklə üzləşməmək üçün həmrəylik nümayiş etdirək, həmfikir olaq".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Ronaldu ilk milyarder futbolçu oldu
05.06.2020
Azərbaycanın yarım milyonunu mənimsəyib
29.05.2020
Operativ Qərargah idman zallarının açılmamasına aydınlıq gətirib
29.05.2020
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi, amma...
27.05.2020
Ukrayna çempionu intihar etdi