Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6701

Digər sorğular

Putin suallara cavab verəcək

15:07  |    16 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Rusiya prezidentinin ənənəvi mətbuat konfransı bu gün baş tutacaq.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin televiziya ilə ənənəvi birbaşa yayımla sualları cavablandıracaq. ANS PRESS-in məlumatına görə, Kreml rəhbəri ilə canlı yayım aprelin 16-da yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 14:00-da) başlayacaq.

Rusiya dövlət başçısı ənənəvi tədbirində ölkənin ictimai-siyasi və ictimai-iqtisadi həyatına aid olan, həmçinin beynəlxalq vəziyyətlə bağlı ən aktual suallara cavab verəcək. Mətbuat konfransı "Rossiya1", "Rossiya24", telekanalları, "Mayak" radiostansiyası, "FM Xəbərləri" və "Rusiya Radiosu" ilə canlı yayımlanacaq.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib: "Aprelin 9-dan daxil olan suallardan görünür ki, rusiyalılar prezidentdən milli marağın müdafiəsi məqsədilə daha sərt və davamlı siyasət gözləyirlər.”

Ekspertlərin fikrincə, adətən V.Putinin imicinin gücləndirilməsinə xidmət edən jurnalistlərlə görüş başqa məqsədləri də var. Bunlar ölkə vətəndaşlarında inam yaratmaq, əhali arasında iqtisadiyyatla bağlı yaranmış çətinliklərə aydınlıq gətirmək, daxili və xarici siyasətlə bağlı açıqlamalar verməkdir.

Xatırladaq ki, son bir ildir Rusiya ilə Qərb arasında münasibətlər gərginləşob. Moskva ötən ilin martında Krımı ilhaq etdikdən sonra Qərbin iqtisadi-siyasi sanksiyaları ilə üzləşib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.02.2020
Azərbaycan mahnısı Özbəkistanda trendə çevrildi – Video
18.02.2020
Valentina Matviyenko: Rusiya Suriyada Türkiyə ilə əməkdaşlığı davam etdirəcək
18.02.2020
İrana daha bir ağır zərbə - Babolhani öldürüldü
18.02.2020
Donbasda müharibə alovlandı: Kiyev BMT-yə müraciət etdi
18.02.2020
Ukraynanın şərqində ağır döyüşlər gedir